Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Yol polisinin yan şüşədən maşına girməsi biabırçılıqdır”

25b54a

 

“Yol polisi fiziki gücü qanunun tələblərinə uyğun tətbiq etməlidir”

“Əgər sürücü qanuni tələblərə tabe olmursa, Yol Patrul Xidmətinin (YPX) əməkdaşı güc tətbiq edə bilər. Amma YPX əməkdaşı fiziki gücü peşəkar və qanunun tələblərinə uyğun tətbiq etməlidir”.

Xeberinfo.com:   Bunu “Report”a açıqlamasında ekspert Ərşad Hüseynov Bakı şəhəri, Xətai rayonu ərazisində Dövlət Yol Polisi (DYP) əməkdaşı ilə qadın sürücü yaşanmış insidentə münasibət bildirərkən deyib.

“Bunu o adama qarşı tətbiq etmək olar ki, o, basqın etmiş və ya cinayət törətmiş olsun. Videogürüntüdə tam aydın olmur ki, həmin hadisə nəyə görə baş verib. Amma müəyyən faktlar var. Məsələn, qadın avtomobili sürücülük vəsiqəsi olmadan idərə edir. Buna görə də, həmin sürücü avtomobilin idaretməsindən kənərlaşdırılır. Sürücü əgər qanuni tələblərə tabe olmursa, həmin sürücüyə onun hərəkətlərinin nə ilə nəticələnəcəyi izah olunur və ona bildirilir ki, sizin bu hərəkətiniz bir ay müddətində inzibati həbs olunmağınıza səbəb ola bilər. Bütün bunlardan sonra sürücü yenə də tabe olmursa, ona qarşı fiziki qüvvə tətbiq oluna bilər. Həmin fiziki gücü yol polisi də tətbiq edə bilər. Post Patrul Xidməti (PPX) isə o zaman çağırılır ki, YPX əməkldaşlarının mövcud vəziyyətlə bağlı qüvvələri çatmır. Amma yol polisi fiziki gücü peşəkar və qanunun tələblərinə uyğun tətbiq etməlidir. Yol polsi qadının qolundan tutub onu yerə atır. Birdaha deyirəm, bunu o adama qarşı tətbiq etmək olar ki, o, basqın etmiş olsun”, – Ə.Hüseynov bildirib.

 

Ekspert yol polisinin yan şüşədən avtomobilə daxil olmasına da münasibət bildirib:“Əgər sürücü aktiv müqavimət göstərirsə, onun qolunu qandallamaq olar. Həmin videogörüntülərdə normativ hüquqi aktlara uyğun gəlməyən məqamlar var. Yol polisinin yan şüşədən maşına girməsi isə ümumiyyətlə biabırçılıqdır. Yol polisi maşına niyə girməlidir? Əgər maşında axtrış etmək lazımdırsa, onun qaydaları var. Amma qaydalarda avtomobilin yan şüşəsindən içəri gimək yoxdur. Maşını cərimə meydançasına aparmaq lazımdırsa, evokuator çağırılır, sürücü avtomobildən düşürülür və avtomobil cərimə meydançasına aparılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam