Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bu dərmanlardan istifadə edən sürücülər cərimələnə bilər- VİDEO

Bu dərmanlardan istifadə edən sürücülər cərimələnə bilər

 

 

Bəzi dərmanları qəbul edib, maşını idarə etsəniz cərimələnə bilərsiniz

 

Yenixeber.org: Söhbət hər hansısa bir psixotrop maddənin qəbulundan getmir. Gündəlikdə qəbul etdiyimiz bəzi dərmanlar da avtomobil sürüərkən cərimələnməyə səbəb ola bilər.

Bu o dərmanlardır ki, onların tərkibində spirt və ya psixotrop maddə var və sürücü onu dozasından çox qəbul edir.

Bu dərmanların bəziləri mədə, baş ağrısı, miqren kimi xəstəliklər üçün gündəlik istifadə etdiyimiz dərmanlardır. Lakin bəzi hallarda üzərindəki təyinatına uyğun istifadə edilmir.

Mütəxəsisilərin sözlərinə görə, əsəb sakitləşdirici dərmanların bəziləri spirt tərkibli olur. Belə dərmanların normadan çox qəbulu zamanı isə nəfəsdən alkoqol iyi gəlməsi, şax durmama və yeriyərkən ləngər vurmaq və danışığın pozulması kimi əlamətlər yaranır. Bu halda sürücü yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq müayinə edildikdə, spirt normadan çox aşkarlanır və həmin sürücü qayda pozmuş hesab edilir.

Sürücülərin bəziləri isə dərmanların cəriməyə səbəb olması haqqında məlumatları yoxdur. Əksər sürücülər isə əks təsirlər haqqında məlumatlı olsalar da, həmin dərmanları tanımırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, il ərzində bir neçə belə faktla rastlanılır. Onun sözlərinə görə, dərmanı içməzdən əvvəl tərkibi diqqətlə yoxlanılmalı və tərkibindəki spirtə mütləq baxılmalıdır. Əgər alkotester bu spirtə reaksiya verirsə, cəza qaçılmazdır. Dərmanın tərkibində bir və ya bir neçə psixotrop maddələr varsa, bu zaman da cərimə və ya sürücülük hüququnun məhdudlaşdırılması baş verə bilər.

Bu dərmanlardan istifadə edən sürücülər cərimələnə bilər

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam