Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Qiyamət günü sevinənlərdən olmaq üçün

Qiyamət günü sevinənlərdən olmaq üçün

 

Qiyamət günü insanın dünyada etdiyi əməllərin hesabı çəkiləcəkdir

Yenixeber.org: O kəslər ki, dünyada haqq yolunda olublar, yaxşı əməllər yerinə yetiriblər, əməl dəftərləri həsənələrlə doludur - onların əməl dəftərini sağ əlinə verərlər. Bu bəndələr Qiyamət günü sevinər və şad olarlar.

"Kimin əməl dəftəri sağ əlinə verilərsə Onunla tez, asan, haqq-hesab çəkiləcək. Və o, yaxınlarının yanına sevinc və şadlıqla qayıdar". ("İnşiqaq" 7-9).

Bu, böyük səadətdir ki, insan ən yaxın insanlarını behiştdə görsün.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, başqa bir ayədə oxuyuruq: "Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: "Alın (ey insanlar), mənim kitabımı (əməl dəftərimi), oxuyun"". ("Haqqə" 19).

"Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır. Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,) meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir)". ("Haqqə" 21-23).

"Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər. Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur". ("Tur" 17-18).

"O gün neçə-neçə üzlər şad-xürrəm olacaq!". ("Qiyamət" 22).

"Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən". ("Mutəffifin" 24).

"O gün bir çox üzlər parıldayacaq, güləcək və sevinəcək". ("Əbəsə" 38-39).

Bəli, bu şadlıq və sevincin səbəbi odur ki, onlar dünyada olan zaman Qiyaməti unutmamış və əməllərinə nəzarət etmişdilər. Bilmişdilər ki, bu əməllərinə görə bir gün hesab verəcəklər. Ancaq o kəslər ki, Firon kimilərin ardınca gedər, bu sevinc və şadlıqdan məhrum olacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam