Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Beliniz ağrıyırsa, bu məsləhətlərə əməl edin

Beliniz ağrıyırsa, bu məsləhətlərə əməl edin

 

Bel ağrısı dünyada geniş yayılmış problemlərdən biridir. Təxminən 10 insandan 8-i həyatının hansısa dönəmində bu problemlə qarşılaşır. Həkim fizioterapevt Qamze Şənbursa xüsusən qadınlarda rastlanan bel ağrılarını azaltmağın 5 yolunu açıqlayıb

Yenixeber.org: Həmin məsləhətləri təqdim edir.

1. Sümüklərinizi gücləndirin: Brokoli, ispanaq kimi bitkilər sümüyü kalsium cəhətdən zənginləşdirir. Güclü sümük güclü vücud deməkdir. Beləliklə bel ağrısıyla nəticələnən problemlərdən canınızı qurtara bilərsiniz.

2. Çantanızı çarpaz asın: Əgər çantanızın ağırlığı sizin vücud ağırlığınızın 10 faizindən artıqdırsa, bu, bel ağrısına səbəb olacaq.  Ən yaxşı çanta uzun ipli çantalardır ki, onları çiyninizdən çarpaz asa bilərsiniz.  Çantanı çarpaz asdığınızda hər 20 dəqiqədən bir çantanın yerini dəyişin.

3. Çox sərt yataqda yatmayın: Yumşaq yataqlarda yatanlar sərt yataqda yatan insanlardan fərqli olaraq, daha az-az bel ağrısı ilə qarşılaşırlar. Yatarkən başınızın çox hündürdə olmasına çalışmayın. Əgər arxası üstə yatırsınızsa, çənəniz sinənizə çox dəyməsin. Yan üstə yatırsınızsa, başınızla çiyniniz bucaq yaratmamalıdır.

4. Əzələlərinizi gücləndirin: Güclü qarın, diafraqma və qarın əzələləriniz sizi bel ağrısından qoruyur. Dizləriniz bükülü, ayaqlarınız yerə tam dəyəcək şəkildə arxası üstə uzanın. Göbəyinizi görəcək şəkildə önə doğru əyilin və 10 saniyə gözləyin. Sonra üzü üstə çevrilin, əllərinizi yanınıza dayayıb üzünüzü yerdən qaldırın və bu vəziyyətdə 10 saniyə uzanın.  Bu hərəkətləri həftədə 3-4 dəfə təkrarlaya bilərsiniz.

5. Oturuşunuza diqqət edin: Əgər gün ərzində 8 saatdan artıq əyləşirsinizsə, bu, belinizə ağırlıq salacaq. Oturarkən oturacağın arxasına söykənin, ya da yastıqlardan istifadə edin. Oturarkən ayaqlarınızı yerə,  dirsəklərinizi stola dayayın.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam