Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda süpürgəçilərə xüsusi geyimlər paylanılıb -FOTOREPORTAJ - YENİLƏNİB-2

 

 

Vaqif Əsədov: Paytaxtda təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur© Report/Elçin Murad

Fotolar əlavə olunub


*** 12:35

Yenixeber.org:  Suraxanı Rayon İcra Hakimiyyətində Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında paytaxtda təmizlik işləri aparan şəxslər üçün hazırlanan xüsusi geyim formasının təqdimatı olub. 

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov və başqaları iştirak ediblər. 

Tədbirin sonunda təmizlik işçilərinə jiletlər paylanılıb. 


*** 11:16

Bakı şəhərində təmizlik işləri aparan şəxslər üçün yeni geyim hazırlanıb.

Bunu  Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, yeni geyimlər Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında hazırlanıb: "Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirlməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün jilet formasında yeni geyimlər hazırlanıb. Bu gün həmin geyim formaları təmizlik işləri aparan 500 nəfərə paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində düymə ilə idarə olunan sayrışan işıqlar və xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin sayrışan işıqlar və işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub". (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam