Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vaqif Əsədov xalq artisti Faiq Ağayevə təşəkkür edib

 

 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Xalq artisti Faiq Ağayevin sosial şəbəkələrdə sürücünün qaydanı pozması səbəbi ilə bağlı yol polisinə çağırış etməsinə münasibət bildirib

 

Yenixeber.org: V.Əsədov bildirib ki, hər bir hərəkət iştirakçısı yol hərəkəti qaydalarını bilməli və onları yerinə yetirməklə başqalarından da yerinə yetirməyi tələb etməlidir: “Hörmətli xalq artistimiz Faiq Ağayev faktı aşkarlayaq məlumat verməklə araşdırmanın aparılmasına və təsirli tədbir görülməsinə şərait yaradıb. Buna görə də ona təşəkkür edirəm. Sürücünün hərəkəti sosial şəbəkələrdə ictimai qınağa səbəb olub. Bu kimi halların hesabına yol hərəkətində mədəniyyət səviyyəsi yüksəlir və formalaşır. Eləcə də yol polisi əməkdaşı olmadan sürücülər tələblərə uyğun hərəkət etməyə üstünlük verirlər. Beləliklə, narahatçılıq aradan qaldırılır. Ümumiyyətlə hər bir hərəkət iştirakçısı öz hərəkəti ilə mədəniyyət nümayiş etdirməli və təhlükəsizlik qaydalarına əməl etməlidir. Həm də yol hərəkətində şəxsi mənafe ümummilli mənafedən üstün tutula bilməz”.

V.Əsədov əlavə edib ki, ilin əvvəlindən bu günə qədər sosial şəbəkələrdə sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı yayımlanan faktlar üzrə 50-yə yaxın sürücü barəsində inzibati protokol tərtib edilib: “Tərtib edilən protokollar arasında sərnişin avtobusu, yük maşınları və minik avtomobillərinin sürücüləri var. İnzibati qaydada cərimə olunan sürücülər YPX əməkdaşları ilə söhbət zamanı ictimai qınağa tuş gəldiyini və sosial şəbəkələrdə təsirli şəkildə qınandığı üçün peşman olduqlarını dilə gətiriblər. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, belə faktlarla rastlaşdıqları zaman DYP əməkdaşlarına məlumat versinlər. Bu həm də nümunəvi hərəkət və vətəndaşlıq borcudur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam