Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Komitə:Şəhidlər Xiyabanı ərazisində sürüşmə prosesi müşahidə edilmir

 

 

Səbail rayonundakı Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı son sürüşmə hadisəsindən sonra ərazidəki digər yaşayış və qeyri-yaşayış yerləri üçün də təhlükə yaranıb. Bakının aktiv sürüşmə zonasında yerləşən, sürüşmə təhlükəsi olan sahələrdən biri də Bayıl sürüşmə zonasının yaxınlığında yerləşən Şəhidlər Xiyabanıdır. 

 

Yenixeber.org: Bu ərazilərdə sürüşmə halının baş verməsi yeni hadisə deyil, sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşır. Sürüşmənin aktivləşməsinə isə yağıntıların normadan artıq olması, ərazinin normadan artıq yüklənməsi, tikinti işlərinin aparılması və s. təsir edir.

"Report"un əməkdaşları Şəhidlər Xiyabanında olarkən müşahidə edib ki, ərazidəki çatlar son günlər yoxlanıb, çatların üstündə olan mayakların bəziləri dəyişdirilib, bəziləri bərpa olunub. Ərazidə olan təmizliyə baxan şəxslər bildiriblər ki, son aylar mütəxəssislər çatlar tez-tez yoxlanılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Şəhidlər Xiyabanı ərazisində hazırda sürüşmə prosesi müşahidə edilmir: "Çatların açılma enində dəyişiklik yoxdur. Əraziyə davamlı olaraq ayda bir neçə dəfə baxış keçirilir, çatlamış və ya qopmuş mayaklar yenisi ilə əvəzlənir. Mart ayının 28-də aparılan yoxlamanın nəticəsinə əsasən mayaklarda çatlar yaranmayıb. Bu da onu göstərir ki, hazırda ərazidə sürüşmə prosesi getmir. Əraziyə növbəti baxış bu ay keçiriləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam