Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Mən də deputat olacam"- Ölən süpürgəçinin 9 yaşlı qızı - VİDEO - FOTO

"Mən də deputat olacam"

 

 

Yenixeber.org: yenicag.az-ın reportajın təqdim edir:

Kənardan baxanda ilk baxışdan 9 yaşlı Jalənin heç nəyi dərk etmədiyini düşünürsən. Özü üçün qaçır, hoppanır, tullanırdı... Ancaq heç də belə deyildi. Xalası Tünzalə xanım söhbət əsnasında dedi ki, Jaləni anasının məzarından qoparmaq olmurdu. Pambıq kimi əlləri ilə torpağı cırmaqlayıb, "ana, mən pis övladam. Sən ölmüsən, mən isə burda atılıb-düşürəm", deyirdi...

Soruşduq: "Jalə, gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?" Bir qədər düşündükdən sonra "deputat" cavabını verdi. Deyəsən, bu, taleyin ironiyası idi. Amma əmin olun ki, Jalə deputat olsa, Allah uzaq eləsin, bir də iş başında süpürgəçi ölümü qeydə alınsa, o, millət vəkili Musa Quliyev kimi "onu işləməyə nə məcbur edirdi?" sualı ilə çıxış etməyəcək.

Çünki o, çətinliyin nə olduğunu hələ uşaq yaşlarında görüb. Ən azından süpürgəçi qadının alın təri ilə qazandığı halal çörəyi yeyib. Dərslərini də yaxşı oxuyur, dediyini görə, "5+" alır.

Mərhumənin bacısı Tünzalə xanım da süpürgəçidir. Deyir, süpürgəçi həyatı cəhənnəmdir. Təhlükəli iş görmələrinə baxmayaraq, aldıqları maaş 250 manat civarındadır.

Mərhumə Cəmilə Salahovanın böyük qızı Zümrüdün isə 13 yaşı var. Dediyinə görə, atası anasından ayrıldığı vaxtdan indiyədək onlarla maraqlanmayıb. Cəmilə-Tünzalə bacıları kirayədə yaşaya-yaşaya qızlarını böyüdürdülər. Mərhumənin arzusu pul yığıb, heç olmasa birotaqlı da olsa, ev almaqdı. Amma süpürgəçi maaşı ilə bu arzunu reallaşdırmaq ucu-bucağı görünməyən səhrada su axtarmaq kimi bir şey idi...

Tale Cəmilə xanıma son mənzili qismət elədi. Bəs atası yox kimi olan bu uşaqların taleyi necə olacaq? İnanın ki, Milli Məclisdə maaş davası edən deputat Musa Quliyev də bu sualın cavabını bilmir...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam