Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezidentliyə namizədliyin qeydə alınması üçün müddət başa çatır–Sabah sonuncu gündür

Azərbaycanda keçiriləcək prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah başa çatır.

Yenixeber.org: Məlumata görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək, yəni 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək təqdim edilməlidir.

Bundan əlavə martın 12-də səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti başa çatır. Həmçinin, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti martın 12-də bitir.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam