Ərköyün uşaqlar
ABŞ-da nümayiş olunan həftəlik New Yorker jurnalı müasir dövr uşaqlarının niyə ərköyün böyüməsi mövzusunu araşdırdı
Yenixeber.az Araşdırma Kaliforniya Universitetindən antropoloq Carolina Izquierdonun bir araşdırması əsasında aparıldı.
İzquierdo 2003-cü ildə bir Amazon qəbiləsi ilə bir neçə ay boyunca birlikdə yaşadı. Qəbilədə uşaqların inkişafını araşdıran Izquierdo onları şəhərdə yaşayan uşaqlarla müqayisə etdi.
Ayaqqabısını bağlaya bilmir
İzquierdonu çaşdıran qəbilədə uşaqların qabiliyyətləri oldu. 3 yaşından etibarən ana və atalarına kömək etməyə, hətta iti bıçaqlarla özlərinə zərər vermədən meyvə kəsməyə başlayan uşaqlar 6 yaşlarına çatdıqda balığa, ova çıxır, təmizlik, yemək kimi mövzularda ustalaşırdı. Matsigenka qəbiləsindəki vəziyyəti bir yoldaşıyla paylaşan Izquierdo onun şəhərdə etdiyi bir araşdırma ilə öz araşdırmasını müqayisə etdi. Elinor Ochsin şəhərdə yaşayan uşaqlar üzərində etdiyi araşdırmada da uşaqların öz ayaqqabılarını bağlamaqda belə aciz olduqlarını gördü.
Çox hədiyyə almayın
Müasir dövrün uşaqlarının bu vəziyyətləri ailələrin uşaqlarının hər istədiyini etməsi ilə əlaqələndirildi. Mütəxəssislər keçmişdə uşaqlar ilə ailələrin arasında olan vəziyyətin artıq dəyişdiyini ifadə etdi. Uşaqlara çoxlu paltar, oyuncaq və hədiyyə alınması da ərköyünlüyün səbəbi olaraq göstərildi. Həm də ailələr davranışlarının uşaqlarının gələcəyini çox təsir edəcəyini düşünür. Bu səbəblə, uşaqları xəyal qırıqlığına salmaqdan qorxduqları üçün üzərlərinə çox düşürlər.
"Yox" deməyi öyrədin
Mütəxəssislər bunun tam tərsinin edilməsini, uşağa "yox" deməyi bilməyi və inanmağı təklif edir. Müasir valideynlərin bir başqa səhvi uşaqlarının davranışlarına diqqət etməməsidir.Həmçinin ailələr uşaqlara iş etdirməyək işin daha yorucu olduğunu düşünərək onu özləri etməyə üstünlük verirlər. Bu da uşağın daha da laqeyd, ərköyun olmasına səbəb olur. ABŞ-da nümayiş olunan Wall Street Journal qəzetinin köhnə bir işçisi olan Pamela Druckerman da evləndikdən sonra yaşamağa başladığı Fransanın paytaxtı Parisdə Fransız valideynlərini müşahidə etmək şansına nail oldu. Qızı Beanın küçədə ağlayan və ərköyünlük edən tək uşaq olduğunu söyləyən Druckerman Fransız valideynlərinin sirrinin uşaqlara əhəmiyyət verməmək olduğunu söylədi. Druckermana görə, Fransız valideynlər uşaqlarını görməzlikdən gəlmələrinin və xəyal qırıqlığına salmalarının onların gələcəyinə təsir etməyəcəyini düşünür. Hətta xəyal qırıqlığının nə olduğunu bilməyən uşaqların gələcəkdə müvəffəqiyyətsiz olacağına inanırlar. Uşağa "xeyr" deməyi bilmək də Fransız valideynlərinə xas olan başqa bir xüsusiyyət sayılır.