Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

YENİLİK:Nobel prospektində hərəkət dəyişir

YENİLİK:

 

Paytaxtda intensivliyin ən yüksək olduğu yollardan biri Nobel prospektidir. Nargilə dairəsi kimi tanınan hissədə bir neçə yol kəsişməsi və geriyədönmə var. Belə şəbəkə bəzən həmin hissədə sıxlıq yaradır. Xüsusilə geriyədönmə zamanı əksər sürücülər digər hissələrdə hərəkət edən avtomobillərin qarşısına çıxırlar. Problemi aradan qaldırmaq üçün yaxın günlərdə Nargilə dairəsindəki geriyədönmə müvəqqəti olaraq ləğv ediləcək

Yenixeber.org: Xətai rayonu Nobel prospektində xüsusilə Nargilə dairəsi kimi tanına ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olacaq. Belə ki, axşam saatlarında tıxac yaradan geriyə dönmə ilə bağlı yenilik edilir.

Sözügedən dairədəki yollardan biri sürücülərə həm ukrayna dairəsinə, həm də şəhərin mərkəzinə geriyə dönməni əmr edir. Amma hərəkətin intensiv olduğu saatlarda əksər sürücülər geriyədönmə işarəsinin tələblərini pozduğuna görə böyük sıxlıq yaranır.

Sürücülər geriyədönmənin Nargilə dairəsində ləğv edilməsinin tərəfdarıdırlar.

Avtomobil yolları dövlət agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə Nargilə dairəsindəki geriyedönmə yaxın günlərdə müvəqqəti olaraq ləğv ediləcək. Məqsəd piyada keçidi yaxınlığındakı yeni geriyədönmənin effektiv olub olmamasını yoxlamaqdır. Əgər dəyişikliyin faydası olmasa həmin ərazidə tıxacı azaltmaq üçün başqa həll yolları düşünüləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam