Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda bakirəliyin bərpası qadağandır- Rəsmi açıqlama

Azərbaycanda bakirəliyin bərpası qadağandır

 

 

Son zamanlar bakirəliyi pozulan bəzi xanımlar "bakirəliyi bərpa" etmək üçün həkimə üz tuturlar. Bəs buna rəsmi olaraq icazə verilirmi? Qanunvericilikdə bu yolveriləndirmi?

 

Yenixeber.org: Hətta sosial şəbəkələrdə mama-ginekoloq Ramilə Abbaszadə adlı həkim "bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklam da yerləşdirib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sualımızı Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovaya ünvanladıq.

Baş mama-ginekoloq bakirəliyin bərpasının qanunsuz olduğunu bildirib:

"Rəsmi olaraq bakirəliyin bərpası qanunvericilik tərfindən qadağan edilir. Onu edən həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu cinayətdir, qanunvericiliyə ziddir".

S.Məmmədova bu yaxınlarda cərrah, mama-ginekoloq Ramilə Abbaszadə adlı həkimin "bakirəliyin bərpası üçün edilən endirim və 100 faizli təminatla bağlı reklama da münasibət bildirib:

"Hesab edirəm ki, onunla hüquq mühafizə orqanları məşğul olmalıdır. Elə, bu tipli reklamlar yolverilməzdir və qeyri-qanunidir. Onun reklamını ictimailəşdirənlər də ciddi nəzarətdən keçməlidirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam