Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İşdən çıxarılan baş ginekoloq haqda maraqlı məlumatlar

 

 

   "Xeberinfo.com": Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyinin dəyişdirildiyi barədə xəbər vermişdik. 
   Səhiyyə naziri Oqtay Şirəliyevin bir müddət öncə imzaladığı müvafiq əmrlə respublikanın Faizə Əliyeva adı çəkilən institutun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən azad edilib.
Modern.az saytına məlum olub ki, Faizə Əliyevanın əmri çoxdan verilsə də, bu məlumat mətbuata dünən bildirilib. 
Əməkdaşımıza o da məlum olub ki, Faizə Əliyeva daha bir vəzifədən azad olunub. Belə ki, o, Bakıdakı Puşkin küçəsində fəaliyyət göstərən Ailə Planlanması Mərkəzi dövlət klinikasının baş həkimi vəzifəsindən də çıxarılıb. F.Əliyevanın bu klinikadakı baş həkim vəzifəsindən çıxarıldığını mərkəzin işçiləri təsdiqləyiblər. Hələlik həmin vəzifəyə yeni baş həkim təyinatı olmayıb.
Faizə Əliyeva
Rəsmi məlumatda Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən pensiya yaşı çatdığına görə azad edildiyi bildirilən Faizə Əliyeva barədə saytımıza daha bir neçə məlumat daxil olub. 
Oqtay Şirəliyev
Məlumatlara görə, Faizə Əliyeva çoxdandır səhiyyə naziri Oqtay Şirəliyevlə konfliktdəymiş. Ancaq bunun səbəbi açıqlanmır.
Cahangir Əsgərov
Modern.az saytına o da məlum olub ki, Faizə Əliyeva “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərovun baldızıdır.
Zərifə Həmzəyeva
Xatırladaq ki, AZAL şefinin xanımı Zərifə Həmzəyeva Azərbaycanda məşhur iş adamı kimi tanınır. Zərifə Həmzəyeva 1999-cu ildə təsis edilən və Azərbaycanda kosmetik məhsulların istehsalçısı olan “Gazelli” şirkətinin sahibidir. “Gazelli” şirkəti Azərbaycanda ətriyyat-kosmetika məhsullarının istehsalçısı olan ilk şirkətdir. 
20 milyon manatdan çox nizamnamə kapitalına sahib olan şirkətin Bakının Şüvəlan qəsəbəsində 10.000 kvadrat metrdən artıq istehsalat sahəsi və bir neçə törəmə müəssisəsi var. Şirkət iki yüz addan çox məhsul istehsal edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam