Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məşhur ginekoloq vəfat etdi

Məşhur ginekoloq vəfat etdi

 

 

"Baku Medical Plaza"nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün vəfat edib

 

Yenixeber.org: Bu barədə "Baku Medical Plaza"nın plastik cərrahı Sirus Qoçqani məlumat verib. Onun sözlərinə görə,  həkimin qəflətən təzyiqi qalxıb, beyninə qan sızıb və vəfat edib. 

Allah rəhmət eləsin!

Qeyd edək ki, Səbinə Mirzəyeva ölkənin məşhur ginekoloqlarından biri idi. O, Azərbaycan Tibb Universitetinin məzunu olub. Bir müddət Milli Onkologiya Mərkəzində, Mərkəzi Neftçilər Xəstəxanasında çalışan xanım cərrah 2013-cü ildən "Baku Medical Plaza"da işləyir.

Səbinə Mirzəyeva, həm də pasiyentlərin sevimli həkimi kimi tanınırdı. Hazırda sosial şəbəkələrdə xəbəri öyrənən dostları və pasiyentləri şok içərisindədir.

Xatırladaq ki, dünən Səbinə Mirzəyevanın təşəbbüsü ilə "Sağlam nəsil naminə hamilələrlə görüş" adı altında açıq konfrans təşkil olunmuşdu. 300-dən artıq ana olmağı planlayan xanımlar, artıq ana olmağa namizəd olan hamilələr, həmçinin bir və daha artıq övladı olan gənc analar konfransda iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam