Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

""Google"u ilk dəfə sultan Əbdülhəmid icad edib"- TÜRKİYƏLİ TARİXÇİ

""Google"u ilk dəfə sultan Əbdülhəmid icad edib"

 

 

Türkiyənin Sakarya Universitetinin fənn-ədəbiyyat fakültəsinin tarix bölməsinin müəllimi, professor Əbubəkr Sofuoğlu "Google" axtarış sistemini əslində Osmanlı sultanı II Əbdülhəmid xanın yaratdığını bildirib

 

Yenixeber.org: Ə. Sofuoğlu Kütahya bələdiyyəsinin "Vəfatının 100-cü ilində ulu xaqan II Əbdülhəmid xan" mövzusunda təşkil etdiyi konfransda çıxış edib.

Professor bildirib ki, o vaxt sultan II Əbdülhəmid gedə bilmədiyi yerlərin fotolarını çəkdirərək baxırmış: "Bu baxımdan əslində "Google"u icad edən və ilk istifadə edən sultan Əbdülhəmid xandır. Gedə bilmirdi, nəqliyyat imkanları yox idi. Getsə, paytaxtda problemlər yaranacaqdı. Buna görə nə edir? Görmədiyi, getmədiyi yerlərin fotolarını çəkdirir, izləyir. "Google"u ilk kəşf edən bu mənada sultan Əbdülhəmid xandır".

Tarixçi alimin fikrincə, II Əbdülhəmid daha 10 il hakimiyyətdə qalsaydı, Osmanlı dünyanın ən zəngin dövləti olacaqdı: "Çünki 1-ci dünya müharibəsinə girməyəcəkdi. Savaşa girən dövlətlər isə parça-parça olacaqdı. Dünyanın ən zəngin neft yataqları, Yəmənə qədər, bizim olacaqdı".  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam