Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

«FƏLƏSTİNİ DÜNYANIN BÜTÜN QIZILINA DƏYİŞMƏRƏM!» –Sultan Əbdülhəmid II (Tarix təkrar olunur)

 

qezza

İsrail yenə Qəzzanı bombalayır – yerdən, göydən bü zavallı bölgəyə bomba yağdırıb, altını-üstünə çevirir, dinc fələstinliləri qırır-çatır. Artıq adət halını alıb – kefi qalxanda yəhudi dövləti Qəzzanı bombalayır. Ərəb dünyası bu qətliamı şərəfsizcəsinə seyr edir, qonşu Misir isə Qəzza ilə keçid qapılarını qırğından qaçan insanların üzünə bağlayır…

Yenixeber.org: Bu fonda, hər dəfə yalnız Türkiyənin etiraz səsi ucalır. Bu dəfə də belə oldu – Türkiyə Cumhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin Baş nazirini ittiham edən nitqində onu işğalçı və terrorçu adlandırdı…

Bütün bunların və Türkiyə ətrafında cərəyan edin digər proseslərin mahiyyətinə varmaq üçün bölgədə İsrail dövlətinin yaradılması istiqamətində dünya yəhudi mərkəzlərinin addım-addım həyata keçirmiş olduğu siyasətin tarixi kökləri üzərinə bir daha işıq salmaq, konkret proseslərə, əldə olan sənədlərə müraciət etmək ehtiyacı var…

Bu sıradan, ilk olaraq Osmanlı dövlətinin başçısı II Sultan Əbdülhəmidin taxtdan salınandan sonra, Suriyalı şeyx Mahmud Əbu-Şamata yazmış olduğu məktubun mətnini hörmətli oxucuların diqqətinə təqdim edirik…

Sultan II Əbdülhəmid yəhudilərin Fələstində məskunlaşmasına icazə verməyib

Sultan-2-800x445

Məhz buna görə də sionistlər 1908-ci ildə mladotürklərin (Türkiyədəki yunionistlərin) əli iləSultan Əbdulhəmidi hakimiyyətdən salıblar və Salonikiyə göndəriblər. Suriyalı şeyxə yazdığı məktubda Sultan bu barədə danışıb…

1947-ci ildə dünya xəritəsində İsrail adlı yəhudi dövləti meydana gəlib. Bundan əvvəl Osmanlı idarəçiliyi dövründə Avropa yəhudiləri (başda London bankir evinin başçısı, lord Rotşild olmaqla) Fələstində ərazi əldə etmək və dövlət qurmaq yolunda çoxsaylı səylər göstəriblər. Osmanlı idarəçiliyi (Xilafət dövrü) illərində ən maraqlı hadisələr də Sultan II Əbdülhəmidin hökmranlığı dövründə baş verib. Suriyalı şeyxə məktubunda Sultan bunların bəzilərindən söhət açır…

Qərb nə üçün Fələstin torpaqlarında yəhudi dövlətinin yaradılmasına dəstək verib?

Bu barədə Səlcuq universitetinin professoru Canər Arabaçı yazır: «O vaxtlar Fələstin Yaxın Şərqin qapısı rolunu oynayıb. Qərb dövlətləri (başda Böyük Britaniya olmaqla – M.A.) hesab ediblər ki, yəhudilərin bu torpaqlarda məskunlaşması İslam dünyasını inkişafdan saxlayar, Qərbi isə «pərsəng»dən («ballast»dan) xilas edər…»

Göründüyü kimi, Fələstin torpaqlarında yəhudi dövlətinin yaradılması amacı ilə Avropa yəhudiləri, İslam dünyasını inkişafdan saxlamaq üçün isə Qərb dövlətləri ən müxtəlif üsullar və vasitələrlə Osmanlı dövlətinə təzyiqlər göstərib, məkrli oyunlarla dövrün ən böyük və güclü dövləti olan Osmanlının (sonrakı dövrdə isə Türkiyə) başını qıtıblar.

Sözügedən məktubda Sultan Əbdülhəmid II bu barədə yazır: «Amma mladotürklərin təzyiq və təhdidləri altında mən, 31 mart 1908-ci ildə İslam xilafətindən imtina etməyə məcbur oldum. Bu yunionistlər Fələstin torpaqlarının yəhudilər üçün «müqəddəs torpaq» və vətən olduğunu tanımadığıma və qəbul etmədiyimə görə, mənə qarşı təzyiqləri davam etdirirdilər.
İsrar və təzyiqlərə baxmayaraq, mən onların təklifini qəbul etməkdən qətiyyətlə imtina etdim. Bundan sonra, onlar mənə 150 milyon funt sterlinq (qızılla) vəd etdilər. Mən, bu təklifi də qətiyyətlə rədd etdim və onlara belə cavab verdim: “Qoy lap 150 milyon ingilis funtu yox, dünyanın bütün qızılı olsun, bu təklifi qəbul etmərəm!”
Mən, 30 ildən artıq bir müddətdə İslama və Mühəmməd ümmətinə xidmət etmişəm. Mən, bütün müsəlmanları və öz əcdadlarımızı ləkələmək istəmirəm – odur ki, sizin təklifinizi qəbul etmirəm….
Mənim qəti imtinamdan sonra, onlar məni taxtdan salmaq barədə yekdilliklə qərar qəbul etdilər və bildirdilər ki, məni Salonikiyə göndərəcəklər. Mən, onların son təklifini qəbul, Allaha isə dualar etdim. Beləliklə, Osmanlı dövlətinin və İslam dünyasının tarixində qara bir ləkə olacaq bu təklifi – başqa sözlə, Fələstin torpaqlarında və Qüdsün müqəddəs torpağında yəhudi dövlətinin yaradılması barədə təklifi qəbul etmədim. Baş verməli olanlar baş verdi…».

Bəs, bundan sonra nələr baş verdi?

balfurBundan sonra Britaniyanın xarici işlər naziri Artur Balfur Britaniya xarici işlər nazirliyinin adından London bankir evinin başçısı, Britaniya yəhudiləri cəmiyyətinin sədri lord Rotşildə 2 noyabr 1917-ci il tarixində«Britaniya sionistləri federasiyasına» təqdim etmək üçün rəsmi bir məkbub göndərib.

Məktubun mətni belədir: «Hörmətli lord Rotşild! Zati-aliləri kral hökuməti adından bu bəyannaməni Sizə təqdim etməyi özümə şərəf bilirəm. Məktubda yəhudilərin sionist arzularına nazirlər kabinetində baxılması və təqdir olunması məsələsinə anlaqla yanaşılması öz əksini tapıb: «Zati-aliləri, kral hökuməti Fələstində yəhudi xalqı üçün «milli ocaq» yaradılmasını təqqir edir və bu məqsədə çatmaq yolunda bütün səyləri göstərəcək: bu zaman aydın şəkildə nəzərə alınır ki, Fələstində yaşayan qeyri-yəhudilərin mülki və dini hüquqlarını pozan heç bir fəaliyyət həyata keçirilməyəcək – o hüquqlar ki, yəhudilər yaşadıqları istənilən ölkədə onlardan istifadə edirlər».

Bu Bəyannaməni Sionist federasiyasının diqqətinə çatdırsanız, mən Sizə çox minnətdar olardım.

Səmimiyyətlə, Sizin Artur Balfur».

Şübhəsizdir ki, bu məktubun yazılmasında (Bəyannamənin elan olunmasında) London bankir evinin başçısı lord Rotşildin pulları həlledici rol oynayıb – başqa sözlə, aydın görünür ki, sionistlər Sultan Əbdülhəmidə təklif etdikləri, amma Sultanın imtina etdiyi 150 milyon funt-sterlinqi (qızılla) Britaniya hökumətinə hədiyyə ediblər.Maraqlıdır ki, bunca böyük puldan gözləri qamaşan Britaniya hökuməti hiyləgərcəsinə özgə torpaqlarından görünməmiş səxavətlə yəhudilərə «pay ayırıb»…

Yüz il sonra…

tramppp quds

İndi isə diqqət yetirin – düz 100 il sonra, amma bu dəfə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp sionistlərə daha bir «bəyannamə bağışladı» – qəflətən, Qüds şəhərini İsrail dövlətinin paytaxtı elan etdi. Trampın qərarı da «hamam suyundan pay» səciyyəli bir təcavüzkarlıqdır – Fələstin şəhərini həyasızcasına İsrailə «bağışlamaq»dır – bu, bi tərəfdən…

Digər tərəfdən, düz 100 il bundan əvvəl Sultan Əbdülhəmidə olan təzyiq və təhdidlər indi də davam edir – bu dəfə Osmanlı dövlətinin varisi olan Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan nişangaha alınıb…

Açıq görünür ki, sionistlərin mənfur işğalçılıq siyasəti indi də bütün həyasızlığı ilə davam edir. Yüz il bundan əvvəl onların iddiası Fələstin torpaqlarında yəhudi «milli ocağı» yaratmaq idisə, indi bölgədə böyük bir yəhudi imperiyası qurmaqdan ibarətdir. Bu siyasətin çoxsaylı təzahürləri az qalır ki, adamın gözlərinə girsin. Ərəb dövlətləri bunun fərqində deyillər – onlar satqındırlar (Misiri, Səudiyyə Ərəbistanını, Əsəd rejimini… önə çəkmək olar) və bu satqınlıq onların genlərinə işləyib.

Amma Türkiyə bütün bunları anlaqla izləyir və yeri gəldikcə, buna qarşı etiraz səsini ucaldır – buna da çoxsaylı misallar gətirmək olar…

Yüz il bundan əvvəl Britaniya sionistləri Avropanın xidmətindən yararlanırdısa, indi Birləşmiş Ştatların «əzəməti»ndən faydalanırlar. Ariyel Şaron təsadüfən deməyib ki, ABŞ-ı yəhudilər idarə edirlər, amerikalılar özləri də bunu bilirlər…

İndi isə gəlin fikirləşək: Türkiyə və İran kimi dövlətlər ayaqda olduqca, getdikcə gücləndikcə, sionistlər Yaxın Şərqdə imperiya qura bilərlərmi? Əlbəttə ki, yox! Məhz ona görə də bu gün Qərb dünyası Türkiyənin, İranın zəif salınması üçün əlindən gələni edir – məsələn, bölgədə kürdləri silahlandırıb, Türkiyənin üstünə qısqırır, yunanları «hücum»a hazırlayır (Avropa İttifaqının son bəyanatını xatırla – biz, Yunanıstanın yanındayıq!), Türkiyəyə qarşı sanksiyaların tətbiq oluna biləcəyindən dəm vurur və s.

«Millətlər liqası» – BMT arası nələr oldu? Bu barədə növbəti yazıda söhbət açacam, izləyin.(azpolitika)

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam