Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səbail yeni görkəminə qovuşur- Rayonda yeni binalar tikilir- VİDEO

Səbail yeni görkəminə qovuşur

 

 

Paytaxtda pilot layihələrin icrası davam etdirilir. Artıq Səbail rayonunda bir neçə ünvanda qəzalı vəziyyətdə olan yaşayış evləri sökülüb yerində hündür mərtəbəli binalar tikilir. Bunun üçün sahibkarlar tərəfindən 22 layihə hazırlanaraq təsdiq olunub

 

Yenixeber.org: Paytaxtın düz mərkəzində qəzalı vəziyyətdə olan evlər sökülərək yerində müasir görünüşlü hündür mərətəbli binalar tikilir.

Səbail rayonunda pilot layihəyə uyğun olaraq sahibkarlar tərəfindən 14 müasir layihə hazırlanaraq təsdiq olunub.Məsələn bura rayonun Tofiq Məmmədov küçəsi 29-35 ünvanıdır. Ərazidə bir neçə sakin 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış evlərində yaşayırdı.İndi isə həmin yaşayış evləridən əsər-əlamət belə yoxdur.Mənzillər sökülərək yerində 18 mərtəbəli bina tikilir.

Bununla yanaşı, Bayıl-20-ci yaşayış sahəsində də yenidənqurmaya ehtiyacı olan binaların sökülərək yerində müasir binaların tikintisi ilə bağlı 8 layihə təsdiq olunub. Artıq Neftçi Qurban və Xanlar küçələrində 3 ünvanda, eləcə də Fuad Əbdürrəhmanov və Aqil Əliyev küçələrində tikinti işləri sürətlə aparılır.Bakının mərkəzində olan Rastropoviçlər küçəsi ilə Nizami küçəsinini kəsişməsində də qəzalı evlərin bir hissəsi sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb.

 

Yaşayış binalarının gələn il ərzində istifadəyə verilməsi planlaşdırlır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam