Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Bakıda lisenziyalı Şaxta babaların sayı açıqlandı

Bakıda lisenziyalı Şaxta babaların sayı açıqlandı

 

Yeni il günlərində Bakıda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərməyə icazə almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) cəmi 5 müraciət daxil olub

 

Yenixeber.org: Bu barədə BŞİH-in Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, sabahdan, dekabrın 15-dən etibarən onların fəaliyyətinə icazə veriləcək: "Onların icazə aldığı gündən asılı olmayaraq, yanvar ayının 13-nə kimi fəaliyyət göstərəcəklər. Hesab edirəm ki, o zamana kimi müraciət edənlərin sayı artacaq. Müraciət edən cütlüklər metronun "Nərimanov" stansiyasının yaxınlığındakı parkda, "8-ci kilometr" ərazisində yerləşən Heydər Əliyev parkında, metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı Hüseyn Cavid parkında və digər ərazilərdə fəaliyyət göstərəcəklər". 

Ə.Bağırov bir daha xatırladıb ki, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün ayrı-ayrılıqda 60 manat dövlət rüsumu ödəməlidirlər. 

Ötən illərlə müqayisədə müraciətlərin sayında azalmanın qeydə alındığını deyən qurum rəsmisi bildirib ki, keçən il ümumilikdə 17 müraciət olub: “Bu rəqəm 2015-ci ildə 30 idi. Yəni, ildən-ilə müraciət edənlərin sayında azalma olur. Bu da fotoqraf kimi fəaliyyət göstərmək istəyənlərin müraciət etməməsi ilə bağlıdır. Çünki Şaxta baba və Qar qızın gəlir yeri məhz fotoqraflar idi. İndi isə hər kəs öz telefonu ilə şəkillər çəkir və fotoqraflara ehtiyac qalmır”.

"Bütün park və bağlarda Şaxta baba və Qar qızların olub-olmamasına baxmayaraq, şam ağaclarının bəzədilməsinə başlanılıb. Parklarda yerli icra hakimiyyətləri tərəfindən bu işlər həyata keçirilir", - deyə o, əlavə edib.

Ə.Bağırov əlavə edib ki, bu il də İcra Hakimiyyətinin təşəbbüsü ilə dekabrın 31-də atəşfəşanlıq olacaq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam