Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır"

Gələn il Azərbaycanda əməkhaqqının, pensiyaların minimum məbləğinin və yaşayış minimumunun həddinin tədricən artırılması nəzərdə tutulur.

 

Xeberinfo.com:   Bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində qeyd olunub.

Layihədə qeyd olunub ki, gələn il, həmçinin əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərinin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və bir yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri adları olanların, fərdi təqaüdlərin, Milli Qəhrəmanların, 20 Yanvar və digər kateqoriyalardan olan şəhid ailələrinin və müharibə əlillərinin, Prezident təqaüdünün, şəhid ailə üzvlərinə, müharibə veteranlarının aylıq, uşağın doğulması və radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olan şəxslərə birdəfəlik müavinətlərin artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü, deputat Vahid Əhmədov azvision.az-a bildirib ki, manatın xarici valyuta qarşısında ucuzlaşmasının davam etdiyi zamanda pensiya, sosial müavinətlər, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən insanların əmək haqlarının artırılması zərurəti yaranır. 

“Xüsusilə təhsil, səhiyyə, müdafiə xərcləri müəyyən qədər artırılmalıdır. Dövlət büdcəsi müzakirə olunanda bu məsələlər qaldırılır. Məlumdur ki, cənab prezident 2017-ci ilin dövlət büdcəsində sosial layihələrə daha çox diqqət ayırıb. Dövlət büdcəsinin xərc hissəsisinin 6,6 milyard manatı sosial layihələrə ayrılıb, bu da 2016-cı ildən 4 faiz çoxdur. Sosial xərclərin maliyyələşməsində problemlər yaşanmasına baxmayaraq, artım olacaq. Maaşların artılması mühüm hadisədir. 2017-ci ildən sonra hər il bu məsələyə baxılacaq. Müəyyən qədər, imkan daxilində əmək haqları, sosial müavinətlər, pensiyalar artırılacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam