Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“The Jerusalem Post” qəzeti Azərbaycandan yazdı- VİDEO

“The Jerusalem Post” qəzeti Azərbaycandan yazdı

 

Cənubi Qafqazda Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi ilə baş qaldıran separatizm əvvəlcə başqa postsovet dövlətlərinin ərazisinə keçib, bu gün isə artıq Qərbi Avropada, o cümlədən İspaniyanın Kataloniya bölgəsində təzahür edir

 

Yenixeber.org: Bu fikirlər İsrailin nüfuzlu ingilisdilli nəşri - “The Jerusalem Post” qəzetində dərc olunan “Cəzasızlıq cinayət doğurur: Separatizm Dağlıq Qarabağdan Kataloniyaya qədər” sərlövhəli məqalədə yer alıb. 

Müəllif, beynəlxalq münasibətlər sahəsində tanınan israilli ekspert Arye Qutun fikrincə, bu proses vaxtında araşdırılmasa və ona mane olunmasa, yaxın gələcəkdə Qərbin və dünyanın digər dövlətlərində də təzahür edə bilər. Yazıda Arye Qut bir neçə gün bundan əvvəl Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən Beynəlxalq Foruma da diqqət çəkərək səsləndirilən fikirlərdən sitat gətirib. 

"Kataloniya silahsız, dinc separatizmin yeganə nümunəsidir, lakin nədənsə Aİ məhz bu nümunəni xüsusi canfəşanlıqla aradan qaldırır. Bu da aydındır, çünki Kataloniya Aİ-nin özü, onun öz daxmasıdır. Ancaq Azərbaycan Avropaya lazımdır və Avropa öz tərəfdaşını başa düşməli, İspaniya kimi onu da dəstəkləməlidir” deyə Azərbaycanın AFR-dəki fəxri konsulu Otto Hauzerin toplantıdakı çıxışına istinad edilib. Arye Qut İsrailin müdafiə nazirinin keçmiş müavini, briqada generalı Efraim Snenin də səsləndirdiyi fikirlərə yer ayırıb.

"Hamı İspaniyanın və İraqın ərazi bütövlüyündən danışır. Bəs Azərbaycan? Bu, təkcə Avropanın riyakarlığı deyil, bu həm də naşükürlükdür! Avropada qışda soyuq olur, amma Azərbaycan qazı avropalıları donmaqdan qoruyur".

Arye Qut məqalənin sonunda Brüsseldə keçirilən tədbirin sabitliyin və gələcək dünya nizamının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam