Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polis cərimə yazdı:Sürücü küsüb getdi – VİDEO

Polis cərimə yazdı:

 

Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi növbəti reyd keçirib

 

Yenixeber.org: DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimov APA TV-nin yerli bürosuna bildirib ki, reyd zamanı sərnişindaşıma sürücülük hüququ olmayan, cərimələri ödəməyən, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşib, habelə polis əməkdaşlarına tabe olmayan sürücülər aşkarlanıb. Onlar barəsində protokollar tərtib olunub.

Mingəçevir şəhər Polis Şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun sözlərinə görə, iki saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyddə sərnişindaşımada sıxlıq yaradan 16 sürücüyə, eləcə də avtomobillərdə görməni məhdudlaşdıran qara plyonkadan və pərdədən hələ də istifadə edən 18 sürücüyə protokol tərtib olunub.

Mütəmadi təşkil olunan reydlərdə əsas məqsəd sərnişindaşımada xidmətin keyfiyyətini yüksəltməkdir. Reyd zamanı polisə müqavimət göstərən məsuliyyətsiz sürücülər də olub. Yol polisi əməkdaşlarının qayda pozan və qəza vəziyyəti yaradan sürücülərə qarşı reydi mütəmadi olaraq davam edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam