Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

DYP reyd keçirir:Sürücülər cərimələnir – FOTO

DYP reyd keçirir:

 

Astara Dövlət Yol Polisi bölməsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən sürücülərə qarşı reyd keçirib

 

Yenixeber.org: Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşları şəhər ərazisində və Artopa kəndində sərxoş sürücülərə qarşı reyd keçirib.

Reyd zamanı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq, hərəkətin təhlükəsizliyini təmin etmək və hüquq pozuntusuna yol verən sürücüləri aşkarlamaq məqsədilə 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb.

Saxlanılan zaman 50-dən çox sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub. Bəziləri içkili olduğu halda bunu danmağa çalışıb, müxtəlif bəhanələr gətirib.

Reyd zamanı polisin "Saxla" əmrinə tabesizlik göstərən, təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən və digər kobud qayda pozuntuları edən sürücülər də aşkarlanıb.

Qeyd edək ki, rayonda müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində belə reydlər davam etdiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam