Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bakıda aptekdə satışı qadağan edilən psixotrop tərkibli dərmanlar aşkar olunub

 

 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunan və yaxud məhdudlaşdırılan psixotrop tərkibli dərman preparatlarının alqı-satqısının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib

 

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Babazadə üzərində psixotrop tərkibli dərman preparatları saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 4 ədəd güclü təsiredici xassəyə malik “Preqabalin” həbləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı Ə.Babazadənin psixotrop tərkibli dərmanları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Buta Aptek”dən 16 manata aldığı müəyyən edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin aptekin sahibi, Bakı şəhər sakini Orxan Rəsulov da saxlanılaraq istintaqa təqdim edilib. Ona məxsus aptekə baxış keçirilən zaman obyektdən satışı qadağan edilən psixotrop tərkibli 7640 ədəd “Tramadol”, 1 ədəd konvalyutada “Gabapentin” və 25 ədəd “Haloperidol-Richter“ həbləri aşkar olunaraq götürülüb.

Qeyd edək ki, əməliyyat zamanı həmin aptekdən qanunsuz olaraq psixotrop tərkibli dərmanlar alan daha 6 nəfər də saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam