Yerli şou-biznes nümayəndələrinə zaman-zaman dövlət başçısı tərəfindən sənətdəki uğurlarına görə mənzil hədiyyə edilir.
Yenixeber.org: Bu dəfə Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən xalq artisti Könül Xasıyevaya 3 otaqlı mənzil verilib.
Yeri gəlmişkən, bir çox sənət adamlarımıza mənzillər verilib.
Xalq artisti Aygün Kazımovaya 2009-cu ildə doğum günü hədiyyəsi olaraq, 3 otaqlı mənzil verilib. Sənətçi bir neçə il öncə həmin evi satmaq məcburiyyətində qalıb:
"Ölkə rəhbərliyi sənətimə qiymət verib, mənə ev bağışlamışdı. O qədər sevinirdim ki... Fikirləşirdim ki, bu evi bəzəyəcəyəm, ora köçəcəyəm. Məni o həddə gətirdilər ki, evi satdım. Yaradıcılığımla bağlı bir layihəni həyata keçirmək üçün bu addımı atmaq məcburiyyətində qaldım. Məni tələyə saldılar. Nə dedilər onu ödədim. Bu günə qədər sənətim sayəsində nə qazanmışdımsa, hamısını xərclədim. İndi də hər dəfə əlimə pul gələndə, düşünürəm ki, bunu nəyə xərcləyim: banka borcumu verim, klip çəkdirim, yoxsa mahnı alım? Mən yaşamalıyam, böyük qızımı dolandırmalıyam. Çox peşmanam ki, o layihəyə evimi qurban verdim. Şükürlər olsun ki, canım sağlamdır. Yenə işləyib, qazanacağam. İndi yaşadığım ev də o layihənin qurbanıdır. Mən ən dövlətli müğənniyəm. Layihələrimi toplasam, orada milyardlar və ürək var. "Səni belə sevmədilər” klipinin çəkilişi üçün maşınımı satdım. Məbləği dollarla ödəməliydim. Dolların məzənnəsi yüksəlmədən onu ödəmişdim. Həyatımda ilk dəfə ağıllı iş görmüşdüm”.
Əməkdar artist Aybəniz Haşımova da ev alan məşhurlardandır. Prezident İlham Əliyevin sərəncamı ilə sənətçiyə 2011-ci ildə mənzil verilib.
Xalq artisti, xanəndə Mənsum İbrahimov da ölkə başçısı tərəfindən evlə təmin olunan məşhurlardandır.
Həmçinin xalq artistləri Canəli Əkbərov, Hacıbaba Bağırov, əməkdar artistlər Aygün Bəylər, aktyor və rejissor Elxan Qasımov da mənzillə təmin olunublar.(cebhe)