Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu tarixi şəxslərə abidə qoyulsun- Deputat

Bu tarixi şəxslərə abidə qoyulsun

 

Sovet işğalı nəticəsində Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan cümhuriyyət qurucularımızın və fəallarının xatirəsinin qardaş ölkədə əbədiləşdirilməsi üçün addımlar atmalıyıq

 

Yenixeber.org: Bu barədə Milli Məclisin bugünkü iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva məsələ qaldırıb. Millət vəkili bütün müsəlman şərqində ilk parlamentli demokratik respublikanın Azərbaycan xalqı tərəfindən qurulmasını fəxrlə xatırladıb:

“Cümhuriyyətin qurucuları və bir sıra fəalları sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb, mübarizələrini davam etdiriblər. Üç gün əvvəl İstanbulda Feriköy məzarlığını ziyarət etdik. Orada cümhuriyyətimizin qurulmasında böyük xidmətləri olmuş böyük şəxsiyyətlərimiz yatır. Orada “Difai” təşkilatını quraraq, ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən amansız cinayətlərə qarşı mübarizə aparan böyük şəxsiyyət Əhməd bəy Ağaoğlu və onun ailəsi, 20-ci əsrin əvvəllərində Qarabağ və ətraf bölgələrdə ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətləri durdurmaq, qarşısını almaq üçün Xosrov bəy Sultanov, ömrünü Azərbaycan mübarizəsinə həsr etmiş ilk milli təhlükəsizlik nazirimiz Nağı bəy Şeyxzamanlı və ailəsi, böyük işlər görmüş Xəlil bəy Xasməmmədov kimi cümhuriyyət nazirlərimiz, Hüseynqulu bəy Xoyski kimi böyük şəxsiyyətlərimiz, gələn il 100 illik yubileyini qeyd edəcəyimiz Azərbaycan parlamentinin o zamankı millət vəkillərindən biri, özünü Azərbaycan mübarizəsinə həsr edən Mehmet Sadıq Aran kimi millət vəkillərimiz və Mir Yaqub Mehdi də daxil olmaqla bir sıra ziyalılarımız yatır. Amma bu tarixi qəbiristanlığın girişində belə orada Azərbaycan Xalq Cümhuriyyətinin bəzi qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi belə yoxdur. Gələn il - iki ay sonra dövlət səviyyəsində Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizlə bağlı cənab Prezidentin imzaladığı sənədlər var və bunlar çox önəmlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam