Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Stadion ətrafında bina tikilir:icranın xəbəri yoxdur

Stadion ətrafında bina tikilir:

 

5-K tikinti şirkəti Sabunçu rayonunda yerləşən 94 saylı məktəbin stadionunda beş mərtəbəli bina tikmək istəyir. Yaşıllıqlarla əhatələnmiş ərazidə tikinti aparılması üçün artıq sözügedən yer MTK-nın məlumat lövhələri ilə hasarlanıb. Böyük bir ərazini əhatə edən tikinti hələ başlamasa da, artıq narahatlıq doğurur.

Yenixeber.org: Sakinlər sözügedən ərazidə tikinti aparılmasını istəmir. Ərazidə yaşıllıqların olması və tikintinin məktəbin stadionu olan ərazidə aparılacağı barədə sakinlərin narahatlığı sosial şəbəkələrdə də yayılıb.

5-K MTK tərəfindən aparılacaq tikintiyə hansı qurumun icazə verdiyi məlum deyil. Bina Sabunçu Rayon İcra Hakimiyyətininin ərazisində yerləşir. Lakin rayon icra başçısının köməkçisi Müslüm Mahmudov tikinti üçün onlardan heç bir sənəd alınmadığını bildirib. Axar.az-a açıqlama verən M.Mahmudov bildirib ki, həmin ərazidə tikintinin aparılması üçün şirkətə rayon icra hakimiyyəti heç bir sənəd verməyib:

“Həmin MTK tikinti aparmaq üçün hansı qurumdan icazə alıbsa, bunu özünüz araşdırıb tapın. Biz deyə bilmərik ki, tikinti qanunsuz aparılır. Rayon ərazisində tikinti aparmaq üçün təkcə bizim icazə sənədi verməyimiz lazım deyil ki! Başqa qurum da buna icazə sənədi verə bilər. Həmin tikintinin aparılması üçün Sabunçu Rayon İcra Hakimiyyəti 5-K MTK-ya heç bir sənəd verməyib. Əgər icra belə bir sənəd veribsə, göstərsinlər. Ora özəl yerdir. Buna görə kimdən icazə alınıbsa, bizim məlumatımız yoxdur”.

Həmin ərazidə yaşıllıqların məhv edilmə ehtinalından da danışan M.Mahmudov bildirib ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları mütəmadi reyd keçirir:

“Hər rayon ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları reyd keçirir. Bizim nə isə etməyimizə ehtiyac da qalmır. Bizdən əvvəl elə nazirlik özü ərazidə araşdırma aparır, protokol tərtib edir, bu barədə polis idarəsinə məlumat verir və məsul şəxs barədə tədbir görülür”.

Tikintinin Sabunçu rayonunda yerləşən 94 nömrəli məktəbin stadionunda aparılması iddiası sözügedən məktəb direktorunu da narahat edib. Bu barədə Axar.az-a açıqlama verən məktəbin direktoru Şəmsəddin Vəliyev iddiaları rədd edərək, tikintinin məktəbin ərazisi olan stadiona heç bir aidiyyəti olmadığını bildirib:

“Məktəbin stadionunda bina tikilməsi ilə bağlı yayılan məlumatlar əsasızdır. Stadion tikinti üçün hasara alınmayıb. Stadion məktəbin ərazisidir. Bu səbəbdən hasarlanıb. 5-K MTK-nın tikinti aparacağı yer isə bizim məktəbə aid olmayan ərazidir. Tikinti aparılması üçün hasara alınan ərazinin məktəbimizə, məktəbin həyətinə heç bir aidiyyəti yoxdur”.

Direktor bu məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə də şəxsən danışdıqlarını bildirib:

“Dünən icra başçısı Adil Vəliyev mənimlə əlaqə saxladı. Şəxsən özü bildirdi ki, belə bir şey olsa, məktəbin ərazisindən istifadə etsələr, yaşıllıqları qırmağa cəhd etsələr, birbaşa bizə müraciət edin. Bununla bağlı bizə Təhsil Nazirliyindən, Bakı Şəhər Təhsil İdarəsindən də məktub gəlib. Cavablandırmışıq ki, tikintinin bizim əraziyə aidiyyəti yoxdur. Stadionumuz 2 metr hasarla əhatələnib. Düzdür, bina tikintisi stadionumuzun arxa hissəsində, divara çox yaxın olan yerdə aparılır. Ancaq bu tikintinin bizim əraziyə dəxli yoxdur.

Stadionumuz yararsız olsa da, uşaqların idman etməyi üçün bir neçə avadanlıq var. İdman dərsləri həmişə orada keçirilib. Hazırda dərs ili yeni başladığı üçün idman dərsi məktəbin qapalı zalında keçirilir. Ancaq həmişə olduğu kimi bu dəfə də idman dərsləri orada keçiriləcək”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Axar.az-a bildirildi ki, fakt araşdırılır və bu barədə araşdırmalardan sonra məlumat veriləcək.

Stadion ətrafında bina tikilir:

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam