Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nəsimidə sakinlər etiraz etdi: "Xeyir-şər yerimizdə bina tikirlər" - FOTOLAR

Nəsimi rayonunda sakinlər etiraz etdi: ‘’Xeyir-şər yerimizdə bina tikirlər’’ REPORTAJ, FOTOLAR

 

 

Nəsimi rayonunda Cavadxan və Alı Mustafayev küçələrinin arasında 8 binaya məxsus meydançada 12 mərtəbəli yaşayış binası tikilir. Sakinlər yaşadıqları binanın 3-4 metrliyində yeni bir binanın tikilməsinə etiraz edirlər. 
Xeberinfo.com:   “Yeni Müsavat”ın müxbirinə danışan şikayətçilər bildiriblər ki, bir həftədir onların binalarının arasındakı yerləşən meydança hasara alınıb. Orada qazıntı işləri aparılır və ağır texnikanın səsindən evdə qulaq tutulur. 
Sakinlər deyir ki, bu tikinti həm onların rahatlığını pozub, həm də yaşadıqları binaya təhlükə yaradır: “Orada qazıntı işləri necə aparılırsa, burada ayağımızın altında torpaq silkələnir. Səs-küydən uşaqlarımız, xəstələrimiz yata bilmir. Üstəgəl, binamız 50-60 ilin binasıdır. Bu tikinti evlərə ziyan vuracaq, axırda bina başımıza uçacaq”.
Bina sakini Sevər Qəmbərova deyir ki, bu ərazi bizim uşaqların  oyun meydançası olub, indi azyaşlıların həyətdə oynaması üçün bir qarış yer qalmayıb: “Ora uşaqların oyun meydançası, həm də 8 binanın sakinlərinin hüzr yeri idi. Ölümüz öləndə burada çadır qururduq, ehsan verirdik. İndi həmin ərazidə 12 mərtəbəli bina tikəcəklər. Bəs, bu qədər insan harada nəfəs alacaq”.
Şikayətçi Dilarə Miriyeva isə aparılan tikinti işlərinin təhlükəsizlik və şəhərsalma normalarına cavab vermədiyini bildirdi: “Mən özüm ölçmüşəm, binanın bünövrəsi qazılan ərazi ilə bizim binanın arası cəmi  9 addımdır. Bu qəti şəkildə təhlükəsizlik normalarına ziddir. Arada ən azı 30 metr məsafə olmalıdır. Əgər zəlzələ olsa, bu bina bizim binamızın üstünə aşa bilər. digər tərəfdən, binalara gedən əsas yolu tutur. Hansısa fövqəladə hal olsa, yanğınsöndürən maşınlar buraya necə keçəcəklər? Binalara gedən əsas yol bağlanacaq. Həm də bu məhəlləyə onsuz da gün düşmür. Yeganə bir istiqamətdən açıq ərazi var idi, oranı da bina tutandan sonra burada yaşamaq ümumiyyətlə mümkünsüz olacaq”.
Sakinlərdən Aytən Rüstəmova deyir ki, onlar tikinti aparan şəxslərdən müvafiq qurumlardan icazə sənədlərinin olub-olmamasını soruşublar, lakin qarşı tərəfdən sərt cavab alıblar: “Tikinti aparan şəxslər bizə qarşı zorakılıq hərəkətlərinə də yol verdilər. Bizi təhqir etdilər. Bir neçə gündür ki, ərazidə tikintiyə rəhbərlik edənlərlə aramızda münaqişə yaşanır. Biz onlardan sənəd tələb elədik. Dedilər, siz kimsiniz ki, sizə sənəd təqdim edək. Bizi çiynimizdən tutub itələdilər. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı varsa, orada belə bir qeyd  olur ki, yaxınlıqda yaşayan əhalinin etirazı varsa, tikinti dayandırılsın. İddia edirlər ki, Fövqəladə Hallar Nazirliyindən icazə sənədləri var. Lakin biz inanmırıq, FHN bu cür yerdə tikintiyə icazə verməz. Çox güman ki, saxta sənəddir”. 
Nurxanım Əkbərova  aidiyyatı qurumların da məsələyə laqeyd yanaşmasından  şikayətçidirlər: “Bütün qurumlara şikayət ərizələri göndərmişik. Lakin hələ ki, heç bir cavab yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti bir sakinə evinin balkonunu artırmağa icazə vermir. Bir daşı yerindən tərpədən kimi gəlib başımızın üstünü alırlar. Bəs, bu qədər səy-küyə, bu həngaməyə niyə biri gəlmir? Burada onlarla ağac kəsilib. Hamısı 20-30 ilin ağacları idi. Elə ağır texnika gətirib, onun çalovuşu ilə ağacı kökündən çıxartdılar. Nə qədər etiraz etsək də, səsimi heç yerə çatmadı”.
Dilarə Miriyeva deyir ki, Nəsimi Rayon İcra Hakimiyyətinə, birbaşa Hacıbala Abutalıbova, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Əmlak Komitəsinə , hər yerə müraciət ediblər, lakin konkret bir cavab gəlməyib : “İcra hakimiyyətindən bildirilib ki, işə baxılır. Əslində işə baxılana qədər burada tikinti prosesi dayandırılmalıdır. Lakin heç kim burada işi dayandırmır. Təzə başlayanda ümumiyyətlə, gecə-gündüz işləyirdilər. Bir neçə gecə yuxu üzünə həsrət qaldıq. Sonra polisə zəng vurduq, sahə müvəkkilini çağırdıq. Ondan sonra səhər başlayıb, axşam saat 7-də işi dayandırırlar”. 
Sakinlər deyir ki, nəinki tikinti aparan şirkətin,  heç orada çalışanlardan da heç birinin adını bilmirlər. Tikinti aparılan ərazidə heç bir nişan qoyulmayıb, işi aparan şirkət , tikilən obyektin təyinatı, miqyası ilə bağlı məlumat nişanları asılmayıb. 
Biz də tikinti aparan şəxslərə yaxınlaşıb icazə sənədlərini istəsək də heç bir sənəd təqdim etmədilər. Sadəcə şifahi şəkildə hər bir sənədlərinin qaydasında olduğunu , icazəsiz bu miqyasda iş aparmağın mümkün olmadığını bildirdilər. 
Qeyd edək ki, tikinti işləri “DAİM” MTK tərəfindən aparılır. Yaşayış binalarının arasındakı boş ərazilərdə ev tikmək bu şirkətin ilk işi deyil. Bundan başqa da bir neçə ünvanda “DAİM” MTK eyni səbəbdən sakinlərin etirazı ilə üzləşib. 








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam