Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Millət vəkili yanan bina haqda sərt danışdı

 

"Nobel prospektində 9 mərtəbəli binanın yanıb kül olması təsadüfi hadisə deyil. Vətəndaşların bu cür izdirabını görmək üzücüdür".
"Xeberinfo.com":  Məlumata görə, bu barədə millət vəkili Fazil Mustafa paytaxtın Nobel preospektində yanan bina haqqında münasibət bildirib. O deyib ki, kiminsə axmaq metodlarla pul qazanması üçün bu qədər insanı belə ağır bir problemlə üz-üzə qoydular.
"Yadıma Qabriel Qarsia Markesın illər öncə oxuduğum "Gözlənilən bir qətlin tarixçəsi" əsəri düşdü. Hamı bu qətli gözləyirdi, bilirdilər ki, Santyaqo Nasarı öldürəcəklər, ancaq önləmək üçün tədbir görməyi düşünmək o əyalət qəsəbəsinin sakinləri üçün yad idi. Çünki hamının başı pul qazanmağa qarışmışdı.

Oda davamsız materiallarla üzlənmiş Bakının bütün köhnə binalarının bu cür yanma riski olduğunu ağlı başında olan hər kəs bilir. Xüsusilə də intensiv küləyin olduğu şəhərdə bu risk daha da artır. Ancaq nə etməli? Kiminsə gətirdiyi mal əlində qalmayacaq ki?
Hələ bəlkə də bu hadisəyə sevinənlər də tapılacaq... Aha, təmir pulunu xərcləməyə bir bina da gəldi! Hələ bir açıqlama da verirlər ki, "zərərçəkmiş ailələrdən kim istəsə, sığınacaqla təmin olunacaq". Görəsən, bu "istəsə" sözünü təmir etməzdən öncə bina sakinlərindən soruşmaq olmazdımı? Yəni "siz vətəndaşlar istəyirsinizmi bu oda davamsız materialdan binanızı üzləyək" sualını verən olubmu?

Gec də olsa, bütün bu tipli yanğın riski olan səfeh üzləmə kampaniyası dərhal dayandırılmalı, oda davamsız materialdan üzlənmiş binaların təhlükəsizliyi barədə ciddi tədbirlər görülməlidir" - deyə millət vəkili bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam