Qurban bayramı insanların ən çox ət yeməkləri ilə qidalandıqları bayramlardan biridir. Yəqin gözləyirsiniz sizə deyək ki, bayramda pəhriz saxlayın, şirniyyat yeməyin. Xeyr, biz deyirik ki, miqdarına nəzarət etdiyiniz müddətdə hər şey yeyə bilərsiniz.
Yenixeber.org sizə bayramda bilməli olduğunuz 5 maddəni təqdim edir:
1. Ət miqdarına diqqət!
Keyfiyyətli ət yaxşı heyvan proteini ilə bərabər dəmir, zink, fosfor, maqneziyum mineralları, B12, B6, B1 və A vitaminləri ilə zəngindir. Yağlı ət doymuş yağ və xolesterol ilə zəngindir. Yağlar nə qədər ayrılsa da, ən az 20% yağ ətin tərkibində qalır. Buna görə də yeyilən ətin miqdarı burda çox önəm daşıyır.
Bayram günü kəsilən ətlər adətən anında bişirilir. Yeni kəsilmiş ət isə həm gec bişir, həm də çətin həzm olunur. Nəticədə mədədə şişkinlik, köp hissi yaranır. Buna görə də mədə problemi yaşayan insanlar 24 saatdan sonra ətdən sitifadə etməlidir.
2. Bişirmə şəklinizi dəyişin
Əgər hələ də əti qızartma və ya qovurma kimi bişirirsinizsə, bəzi dəyişikliklər etməyin vaxtıdır. Aldığınız kalorinin miqdarını artıran qızartmaların yerinə əti daha az yağda, manqalda və ya sobada bişirə bilərsiniz. Manqalda bişirilən əti kömürləşmədən, yanmadan götürmək lazımdır. Əks halda, ciddi xərçəng təhlükəsi ilə qarşılaşa bilərsiniz.
3. Ətin yanında yedikləriniz də önəmlidir
Qurban bayramında artan ət yeməkləri tərəvəzləri menyumuzdan çıxara bilər. Əslində isə ətlə bərabər, tərəvəz qəbul etmək orqanizmdə liflərin miqdarını artırır, ətin tərkibində olmayan C və E vitamini ilə orqanizmi təmin edər. Buna görə də ət mütləq şəkildə tərəvəzlərlə birlikdə bişirilməlidir.
4. Maye qəbulunu unutmayın
Maye qəbulu hər zaman önəmlidir. Bu günlərdə isə yüksək miqdarda protein qəbul etdiyiniz üçün önəmini daha da artırır. Su toksinlərin bədəndən atılmasını təmin edir. Buna görə də gün ərzində 2-2,5 litr maye qəbul olunmalıdır.
5. Və şirniyyat
Bu günlərdə zülal qəbulu həddən artıq olacağına görə məsləhət görülür ki, mədənizi bir də şirniyyatla yükləməyəsiniz. Ancaq şirniyyatdan keçə bilməyənlərdənsinizsə, ən azı daha yüngül şirnilərə üstünlük verilməlidir. Dondurma, süd tərkibli dessertlər daha çox məsləhət olunur.