Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda Qurban bayramı qeyd olunur

qurban bayram;

 

Sentyabrın 12-si və 13-ü qeyri-iş günüdür

Xeberinfo.com:  Bu gün Azərbaycanda müsəlmanların müqəddəs Qurban bayramı qeyd olunur.

Azərbаycаn üfüqündə Zül-hiccə ayının hilalının görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na, Miladi təqvimlə isə 12 sentyabr tarixinə təsadüf edir.

Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Həmçinin, Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar qurban kəsəcəklər.

Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar iki gün – sentyabrın 12-si və 13-ü qeyri-iş günüdür.
Bu günlərin hər birində qurbаn kəsmək olar. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qeyd olunub ki, İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri olan “Eydül-Əzha” – Qurban bayramı İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır olub. Lakin Allah bunu öz elçisinə rəva bilməyib və qurbanlıq üçün ona bir qoç göndərib. Buna görə də bu bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar bu gün və sabah Bakıda və Azərbaycanın bütün bölgələrində qurbanlar kəsiləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam