Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Azərbaycanda boşanmalar nə üçün artıb?- SƏBƏBLƏR

Azərbaycanda boşanmalar nə üçün artıb?

 

Yenixeber.org: 2017-ci ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 153 nikah qeydə alınıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, hesabat dövründə 7287 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 nəfər olub.

 

Bəs boşanmalar hansı səbəblərdən gerçəkləşir?

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Modern.az-a açıqlamasında deyib ki, boşanmaların səbəbləri müxtəlifdir.

 

“Kimsə boşandığını dilə gətirəndə təəccüblənmirik”

 

“Boşanmalar əsasən 24-29 və 30-34 yaş arası  daha çoxdur. Bu da ailə qurandan sonra ilk beşlikdə özünü göstərir. Ailə quran cütlüklər həm də ailənin məsuliyyətini dərk etmirlər. “Ailə nədir?” “onu necə idarə etmək lazımdır” kimi məsələləri bilmirlər. Ya valideynlərin təhriki, ya da evlənmək xatirinə nigaha daxil olurlar. Bu gün ən dəhşətli hal odur ki, bəzi gənclər “xoşum gəlməyəcək boşanacağam” fikirlərini səsləndirirlər. Bu o deməkdir ki, evliliyə sıradan bir hal kimi baxılır. Halbuki, 20-30 il bundan qabaq ətrafımızda kimsə boşananda çox narahat olurduq. Artıq indi kimsə boşandığını dilə gətirəndə təəccüblənmirik”.

 

“Yanaşmalar dəyişib”

 

Aynur Veysəlova boşanmalardan danışarkən bildirib ki,  bu məsələnin qarşısının alınmasında  valideyn və məktəb faktorunun da zəruriliyi vacibdir.

“Valideynlərn  üzərinə çox böyük məsuliyyət düşür. Ailə qurmamışdan öncə həm oğlan,  həm də qız uşaqlarını ailə dəyərlərinə alışdırmaq lazımdır. İkinci tərəf isə məktəblərin bu işə ciddi yanaşmasıdır.” Ailə sosial təsisat kimi necə qorunmalıdır” sualı ətrafında şagirdlərə nümunələr aşılanmalıdır. Təbii ki, bu hallar yeniyetmə və gənclərə aşılanır. Təəssüf ki, yanaşmalar dəyişib”.

 

Sosial məsələlərin boşanmalara təsiri varmı?

 

Komitə rəsmisi deyir ki, urbanizasiya məsələsi də boşanmalara öz təsirini göstərir.

“Məsələn, kiçik kəndlərdə yaşayanlar bir-birini tanıdığından boşanmaqdan çəkinirlər. İctimai qınaq onları boşanmaqdan çəkindirir. Böyük şəhərlərdə isə insanlar bir-birini tanımadığından və ictimai qınaq olmadığından boşanırlar. Bunun da qarşısı alınmır. Sosial səbəblərdən boşanmalar 8-ci 9-cu yerdə qərarlaşır.

Tam olaraq demək olmaz ki, boşananların əksəriyyəti sosial səbəblərə görə boşanır. İkinci dünya müharibəsində insanların sosial durumu daha çətin idi. Amma nəzər salsaq görərik ki, boşanan ailələr olmayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam