Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu il Azərbaycanda 1208 əkiz, 27 üçəm doğulub

 

Yenixeber.org: Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68885 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1208-i əkiz, 27-si üçəmdir.

Bu ilin birinci yarısında ölkədə 29477 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

İlin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27153 nikah və 7287 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam