Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Boşanmaların sayı artır

ehali

 

“Son 3-4 ilin rəqəmlərinə baxanda görürük ki, boşanmaların sayında artım müşahidə olunur. 2012-ci ildə hər 1000 nəfərə 1,2 boşanma düşürdüsə, 2013-2014-cü illərdə bu rəqəm 1,3 təşkil edib. Boşanmaların sayı narahatlıq yaradır”.
"Xeberinfo.com":   Məlumata görə, bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Onun sözlərinə görə, ölkədə qeydə alınan nikahların sayı dəyişkəndir: “2012-ci ildə nikahın ümumi əmsalı 8,6 idisə, ondan sonrakı illərdə bu rəqəm 9,3-ə qalxıb. Yəni həm nikah, həm də boşanmaların sayı çoxalıb”.
Baş məsləhətçi əlavə edib ki, adətən məqsədsiz qurulan ailələr tez dağılır: “Həmin ailələrdə davamlı münaqişələr baş verir. Ona görə də hər iki tərəf öz məqsəd və niyyətlərində düzgün olmalı, bir-birlərinə özləri haqda doğru məlumat verməlidir. Yaxud da boşanmaların səbəbi kimi zərərli vərdişləri göstərə bilərik. Nikahdan əvvəl qarşı tərəfin zərərli vərdişinin olması gizlədilir və bu, birgə yaşayış vaxtı üzə çıxır”.
A. Veysəlova qeyd edib ki, 2015-ci il iyunun 1-dən etibarən cütlüklərin nikahdan öncə tibbi müayinədən keçməsi boşanma hallarının qarşısı ala bilər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 39,9 min nikah və 7,5 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam