Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DİM: Yeni tədris standartlarına uyğun dərs vəsaitləri hazırlanacaq

 

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə yeni tədris proqramları (kurikulum) əsasında hazırlanması planlaşdırılan Azərbaycan dili, rus dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya fənlərindən vəsaitlərin təklif olunan müəllif qrupları arasında görüş keçirilib

 

Yenixeber.org: DİM-dən APA-ya verilən məlumata görə, görüşdə M. Abbaszadə bildirib ki, artıq 9 ildir respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir.
 
Sədr standartlara uyğun yeni dərs vəsaitlərinin hazırlanmasının vacibliyini iştirakçıların diqqətinə çatdırıb.
 
İclasda “müəllif qrupları” ilə yeni dərsliklərə uyğun müasir standartlara cavab verən dərs vəsaitlərinin hazırlanması, onların strukturu məsələsi geniş müzakirə edilib.
 
İclas iştirakçılarına müxtəlif siniflərdə tədris olunan mövzular üzrə materialların şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılması üçün DİM tərəfindən hazırlanmış “video-dərs” nümunələri təqdim olunub. Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının əhəmiyyəti və üstünlükləri müəlliflər tərəfindən də qeyd olunub.
 
İclasın  sonunda “müəllif qrupları” yeni dərs vəsaitlərinin hazırlanması ilə bağlı öz təkliflərini səsləndirib. Qərara alınıb ki, hər bir fənn üzrə ekspertlərin ayrıca görüşləri keçirilsin və yeni tədris standartlarına (kurikuluma) uyğun dərs vəsaitlərinin hazırlanmasına başlanılsın.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam