Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Dollar düşür, bəs, niyə yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır?" -Deputat hökumətə səsləndi

eli-mesimli-1

"Neçə gündür ki, manat bahalaşır, dollar isə ucuzlaşır. Bəs niyə ərzaq məhsullarının qiymətləri gün-gündən qalxır?”.

Xeberinfo.com:   Bunu millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O, bu məsələdə işbazları və monopolistləri ittiham edib. 

Onun sözlərinə görə, qiymət bahalaşması Azərbaycan dövlətinin qarşıya qoyduqları hədəfə ziddir:

"Mən dəqiq məlumatlar bildirirəm ki, manat bahalaşsa da, yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda, işbazlar bəhanə gətirirdilər ki, bu, onlara ciddi zərbə olur, ona görə qiymət artımına gedirlər.

Bəs, indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməlidir və təcili tədbirlər görülməlidir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam