Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İDXAL OLUNAN MƏHSULLAR BAHALAŞIB, İXRAC UCUZLAŞIB -BAHALAŞMA GÖZLƏNİLİR

610x380xmarket.JPG.pagespeed.ic_.kDw41nmckN-300x187
 
Ölkəyə gətirilən məhsulların hətta dollarla ifadəsində qiymətləri dəyişməsə belə, manatla ifadəsində artır və nəticədə idxal inflyasiyası yaranır

Xeberinfo.com:   Manatın dollar qarşısında dəyərdən düşməsi ilə yeni bahalaşma dalğasını gözləmək olar. Çünki Azərbaycan həm idxaldan ciddi asılıdır, həm də yerli istehsal sayılan əksər məhsulların da xammalı xaricdən gətirilir. Məsələn, çay və şəkər ölkədə istehsal olunur, amma xammal xaricdən gətirilir.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı üçün gübrə, texnika, dərmanlar, əsasən, idxal edilir. Bu da onların istehsal xərcinə təsir göstərir. Bir sözlə, yerli məhsulun yox səviyyədə olması idxalı şərtləndirir. Valyutanın bahalaşması ölkəyə gətirilən məhsulların qiymətini artırır. Və onların hətta dollar ifadəsində qiymətləri dəyişməsə belə, manat ifadəsində artır və nəticədə idxal inflyasiyası yaranır.

Azərbaycan Mərkəzi Bankının (AMB) son valyuta hərracında dollar rekord həddə bahalaşdı.

PREZİDENTİN İNFLYASİYA HƏDƏFİ

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunan iclasında 2017-ci ildə makroiqtisadi sabitliyə təminatın və təkrəqəmli inflyasiyanın vacibliyini vurğulayıb.

Əsas işi qiymətlərin sabitliyini təmin etmək olan AMB isə bu ilə konkret inflyasiya hədəfini açıqlamayıb. Azərbaycanın baş bankı «2016-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı»nda da inflyasiya proqnozunu bildirməyib. Ancaq qeyd olunan səbəblərdən prezidentin birrəqəmli inflyasiya hədəfinin reallaşmasına ümid yoxdur.

İDXAL OLUNAN MƏHSULLAR BAHALAŞIB, İXRAC UCUZLAŞIB

Dövlət Statistika Komitəsinin (DSK-nin) məlumatına görə, 2016-cı ilin noyabrında idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2.4 faiz, MDB ölkələrindən idxal olunan məhsulların qiymətləri 2.7 faiz, digər ölkələrdən idxal olunan məhsulların qiymətləri 2.3 faiz qalxıb.
Noyabrdan bəri manatın dəyər itirdiyini nəzərə alsaq, idxal məhsullarının bahalaşmaqda davam edəcəyini demək olar.
İxrac məhsulları isə, əksinə, ucuzlaşıb. 2016-cı ilin noyabrında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 5.9 faiz, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 7.4 faiz düşüb. MDB ölkələrinə ixrac olunan məhsullar isə 3.7 faiz bahalaşıb. Azərbaycanın xarici ticarətində MDB ölkələrinin payı cəmi 12.5 faizdir.  /”Amerikanın səsi”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam