Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycanda qoyun əti Ermənistandakından 3 dəfə bahadır” -EKSPERTDƏN ŞOK AÇIQLAMA

Yenixeber.org:   Kənd təsərrüfatı naziri Heydər Əsədov son zamanlar bəzi kənd təsərrüfatı məhsullarinin bahalaşmasına münasibət bildirərək deyib ki, devalvasiyanı nəzərə alanda qiymətlər çox qalxmayib. O deyib ki, ətin kilosu devalvasiyadan qabaq 7-8 manat idi. Həmin 7-8 manat 9-10 dollara bərabər idi. Bu gün isə ətin qiyməti 10-12 manat arasındadır. Bu da indiki məzənnə ilə 7-8 dollar edir.

Yeri gəlmişkən, ətin qiyməti dollarla düşüb ya qalxıb, bundan əti manatla alan alıcıya bir isti-soyuğu varmı?

Ümumiyyətlə, “qiymətlər sabit qalmalıdır” fikri ilə də nazir razı deyil.

Heydər Əsədov onu da bildirir ki, kartof kimi bəzi məhsullar isə ucuzlaşıb, bundan nədənsə danışan yoxdur.

Nazirin izahı doğrudurmu? Niyə kənd təsərrüfatı məhsullarının qiymətini devalvasiya ilə müqayisə edirlər? Azərbaycan əti, yağı xaricdən dollarla və ya avro iləmi alıb gətirir? Ola bilər ki, toxumlar xaricdən gətirilir, bu da məhsulun maya dəyərində özünü göstərə bilər. Ancaq nə qədər?

Kənd təsərrüfatı məhsulları Azərbaycan kimi aqrar potensiallı ölkədə niyə bahalanır?

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, kənd təsərrüfatı naziri bu sahənin mütəxəssisi olmadığı üçün həmin sahədə baş verənlərdən xəbərsizdir. Ekspert misal kimi yaxın qonşuları misal çəkərək bildirir ki, həmin ölkələrdə kənd təsərrüfatı məhsullarını özləri istehsal etdikləri üçün həmin məhsulların qiymətində enmə müşahidə olunur. Onun sözlərinə görə Azərbaycanda həmin sahənin idarəçilərinin peşəkar olmamasından irəli gəlir ki, məhsul uyğun şəkildə istehsal edilmir və qiymətlər qalxır. Vahid Məhərrəmov bildirir ki, hazırda Azərbaycanda qoyun ətinin qiyməti Ermənistandakından 3 dəfə, Gürcüstandan isə 2 dəfə bahadır.

Azərbaycanda əksər ailə büdcələri lazımi miqdarda ət-yağ almaq üçün bəs etmir.

Azərbaycanda əksər ailə büdcələri lazımi miqdarda ət-yağ almaq üçün bəs etmir.

Ekspert onu da vurğulayır ki, bahalaşmanın bir səbəbi də əksər məhsulların ölkəyə idxal olunmasındadır. Vahid Məhərrəmov deyir ki, Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə özünü təmin edə bilsəydi bahalaşmanın qarşısını almaq olardı. Onun sözlərinə görə nazirin açıqlaması onu göstərir ki, onlar istehsalın artımında deyil, idxalın artımında maraqlıdır. Bunun da inhisar kimi səbəbləri var.

İqtisadçı ekspert Qadir İbrahimli də kənd təsərrüfatı nazirinin açıqlamasını məntiqəuyğun hesab etmir. Onun sözlərinə görə həmin açıqlama bir daha göstərir ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları idxaldan asılı durumdadır. Ekspert bahalaşmaya əsas səbəb kimi monopoliyaları görür. Qadir İbrahimli deyir ki, məhsulu ölkəyə gətirən inhisarçılar onun qiymətini istədiyi səviyyəyə qaldırmağa meylli olurlar. Ekspert başqa bir məsələni də önə çəkir. Onun sözlərinə görə, bu həm də o deməkdir ki, hər il ərzaq təhlükəsizliyi üçün büdcədən ayrılan milyonlarla vəsait səmərəsizsərf olunub, həmin proqram yerinə yetirilməyib.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan insanların digər xərcləri də olduğu üçün ölkədəki inflyasiya və bahalaşmalar onlara da təsir edir və onlardan qiyməti sabit saxlamağı tələb etmək doğru deyil. Ekspert deyir ki, bəzi məhsulların qiymətinin artması isə birbaşa hökumətin səhv addımlarının nəticəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam