DSMF-nin Gədəbəy şöbəsində analoqsuz korrupsiya metodu
Dövlət Sosial Müdafiəsi Fondunun Gədəbəy rayon şöbəsində baş verən korrupsiya halları ilə bağlı çox ciddi məlumatlar gəlməkdə davam edir
Xeberinfo.com: Politika.Az-a müraciət edən Oktay Əliyevin sözlərinə görə,şöbədə qanun pozuntuları daha da şiddətlənib.
Belə ki, vətəndaşlarla təmasa girməkdən çəkinən şöbə müdiri Məsud Məmmədov çoxsaylı makler şəbəkəsi qurmuş və onların vasitəsilə , saxta sənədlər əsasında pensiya təyinatları aparmaqdadır.
O. Əliyev daha bir ilginc fakt açıqlayib. Onun dediyinə görə qanuni sənədlə özü maklersiz , birbaşa M. Məmmədova müraciət etmiş şəxs rüşvət tələbinə razı olmadıqda məhkəmə vasitəsilə ram edilir.
Belə ki təlimata əsasən pensiya hüququ yaranan şəxsin 2006-cı ilədək olan iş stajı hazırda mövcud olmayan idarə müəssisələrdəndirsə həmin staj sənədi məhkəmə vasitəsilə təsdiq edilməlidir.
Əgər vətəndaş M. Məmmədovun qanunsuz tələbini yerinə yetirərsə onda vətəndaşın staj sənədi birinci instansiya yəni rayon məhkəməsinin təsdiqedici qətnaməsi əsasında qəbul edilərək təyinata yönəldilir.
Əks halda vətəndaşdan ikinci instansiya məhkəməsinin də qərarını gətirmək tələb olunur ki , bu qərarı almaq da çox vaxt müşkülə çevrilir. Bu işlərin düzülüb qoşulmasında rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov da Məsud Məmmədova dəstək verir.
Əgər S.Müslümov doğrudan da tam səmimi olaraq korrupsiyanın qarşısını almaq istəyirsə onda araşdırsın ki, niyə adıçəkilən şöbədə təyin edilən pensiya işlərinin kiçik bir hissəsində iki məhkəmə instansiyasının əksər hissəsində isə yalnız birinci məhkəmə instansiyasının qərarı var və həmin işlər bir birindən nə ilə fərqlənir?
Əgər tələblə razılaşırsa şöbə stajın təsdiqlənməsi üçün yalnız birinci instansiya məhkəməsinə əks halda isə ikunci instansiya məhkəməsinə apelyasiya şikayəti verir.