Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Uşaq evində işgəncə:Ombudsman nümayəndələri Şəkidədir (VİDEO)

 

Uşaq evində yeniyetmələrə işgəncə verilir.

Yenixeber.org:   AzNews.az-a istinadən xəbərə görə, hadisə Şəki Qarışıq Tipli Uşaq Evində qeydə alınıb. Belə ki, “Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov 18 yaşlı qıza işgəncə verilməsi ilə bağlı video yayımlayıb. Videogörüntüdə müsahibə verən Aysel ona işgəncə verildiyini deyir: “Çox sıxırlar, ora getmə, bura getmə, işgəncə verirlər. Döyürlər bizi. Çubuqla başımıza, taxta ilə belimizə vururlar. Bizi burada çox incidirlər. O qədər döymüşdülər ki, özümü asmaq istədim. Neynəyim, həyatdan bezirdim. Ürəyimdə fikirləşirəm ki, kimsəsizəm, valideynim olsaydı, heç kəs mənə belə etməzdi”.

 

Məsələ ilə bağlı Şəki Qarışıq Tipli Uşaq Evi ilə əlaqə saxladıq. Direktor müavini AzNews.az-a açıqlamasında bildirib ki, hazrda Ombudsman uşaq evindədir və o, rəhbərliklə görüşür:

 

“Videogörüntü ilə bağlı bütün suallara ancaq direktor cavab verir. Onun da yanında Ombudsman olduğundan telefonu götürə bilmir.”

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam