Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İcra başçısı şəhid ailəsini ölümə məhkum edib

elmar veliyev

Gəncə şəhərindən olan şəhid ailəsi "Azadlıq"ın redaksiyasına müraciət ünvanlayıb.

Xeberinfo.com:   Müraciətdə deyilir:

“Mən, Hüseynov Naib Xudu oğlu şəhid ailəsiyəm, özüm ağır xəstəyəm, heç bir yerdə işləmirəm, 2 məktəbli övladım var. İkisi də əla oxuyur. Dəfələrlə Respublika Olimpiadalarında iştirak ediblər. Bu il aprel ayında keçirilən Ümumrespublika intellektual bilik yarışmasında qalib olublar, diplom və hədiyyələrlə təltif olunublar. Bu günlərdə oğlum ANS kanalında yayımlanan “Ağıl dəryası” bilik yarışmasında birinci oldu və xaricdə ödənişsiz təhsil almaq hüququ qazandı. Hər iki övladım “Qızıl” medala namizəddir. Belə bir savadlı Azərbaycan gənclərinin acından ölməsinin səbəbkarı Gəncə Şəhər İcra Hakimiyyətidir. Nəyə əsasən Gəncə şəhərini “Gənclər” paytaxtı seçiblər, biz bunu anlaya bilmirik. Çünki mənim Gəncə şəhəri Dədə Qorqud küçəsi 36 saylı binanın yaxınlığında şəxsi mülkiyyətim olan mağazam var idi. 18.08.2015-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti heç bir səbəb və heç bir məhkəmə qərarı olmadan qanunu pozaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır texnikayla gəlib mağazamı içindəki avadanlıqlarla birlikdə darmadağın etdi. Ailəmi bu mağazadan gələn gəlirlə dolandırırdım. Mən bütün dövlət orqanlarına dəfələrlə şikayət məktubları və teleqramlar göndərdim, qəbullarda oldum. Bu şikayətlərdən sonra icra başçısına təzyiqlər olundu. Şikayətlərin nəticəsi olaraq icra başçısı mənə 27.10.2015-ci ildə zəmanət məktubu verdi. Həmin məktubda qeyd olunurdu ki, Dədə Qorqud küçəsi 36 saylı binanın məhəllə tərəfindən mənə bütün sənədləri qaydasında olan əvvəlki mağazam kimi bütün standartlara cavab verən tam işlək vəziyyətdə 120 kv. km-lik mağaza tikib. 31.12.2015-ci ilə kimi təhvil verməli idilər. Ancaq bu günə kimi nə bir tikintiyə sərəncam verilib və nə də mağaza tikiblər. İcra Başçısı şəhid ailəsini aldadıb. İcra Hakimiyyətinə dəfələrlə məktubla müraciət etmişəm, ancaq mənə heç bir cavab verilməyib. Hər ay Prezident Adminstrasiyasında Zeynal Nağdəliyevin qəbulunda oluram. Lakin heç bir köməyi dəymir. Belə çıxır ki, onların da gücü çatmır. Məcbur qalıb səsimi qəzet vasitəsilə eşitdirmək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, onun xanımı Mehriban xanımdan bizə kömək etmələrini və hüquqlarımızın bərpa olunmasını xahiş edirəm. Çünki icra başçısı bir ailəni ölümə sürükləyir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam