Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mikayıl Cabbarov Əbülfəs Qarayevə müştəri yığır?

mikayil-cabbarovXeberinfo.com:   Məktəblərdə şagirdlərdən müxtəlif adlar altında pul yığıldığı sirr deyil. Süpürgə pulu, fond pulu, bayram pulu və s. Indi də şagirdləri əyləncə mərkəzlərinə, muzeylərə, bir sözlə Mədəniyyət və Turizm Nazirliyinin nəzarətində olan obyektlərə aparmaq üçün onlardan pul yığılır.

Özü də ibtidai sinif şagirdlərindən. Şagirdləri muzeylərə aparmaq lazımdır. Amma bunun üçün nədən pul yığılır anlaşılan deyil. Ibtidai sinif şagirdlərinin əyləncə mərkəzlərinə aparılmasına gəlincə, şagirdlərdən yığılan pul həmin əyləncə mərkəzlərində istirahət üçün deyil. Bu “yol haqqı”dır. Əylənmək üçünsə necə deyərlər əlin cibində olmalıdır. Əyləncə mərkəzinə getmək məcburidir. Yəni, “yol haqqı” mütləq ödənməlidir. Amma orada əylənmək artıq könüllüdür. Yəni, pulun yoxdursa, pərt vəziyyətdə əylənən uşaqlara baxa bilərsən. Bu hansı məqsədlə edilir bəlli deyil. Bəlkə də təhsil naziri  Mikayıl Cabbarov mədəniyyət və turizm naziri Əbülfəs Qarayev üçün müştəri yığır.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam