Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dövlət komitəsi prezidentin fərmanlarını icra etmir

Dövlət komitəsi prezidentin fərmanlarını icra etmir -

 

Azərbaycan Hesablama Palatası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində apardığı nəzarət tədbirləri nəticəsində bu quruma 14,9 mln. manat vəsaitin ayrıldığını müəyyənləşdirib.
Xeberinfo.com:  Bu, ümumi dövlət xidmətləri xərclərinin 0,5%-i deməkdir.
Nəzarət tədbirləri nəticəsində aşkar edilib ki, Komitənin dövlət başçısının müvafiq fərmanına əməl etməyib. Belə ki, Komitə tərəfindən Prezidentin müvafiq fərmanı ilə təsdiq eidlmiş “Sahibkarlıq sahəsində aparılmış yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməyərək “Sahibkarlıq sahəsində aparılmış yoxlamaların vahid məlumat reyestri”nə daxil edilmədən yoxlamaların aparılması barədə qərarların və ya sərəncamların qəbul edilib, bir neçə sahibkarlıq subyektində aparılan yoxlamalar zamanı uyğunluq sertifikatı rəsmiləşdirilməyib, ölçmə vasitələrinin müqayisəli yoxlamaları keçirilməyib, müvafiq normativ sənəd olmadan məhsulların istehsal olunması, məhsulların müvafiq normativlərin tələblərinə uyğun qablaşdırılmaması və saxlanılmaması, qidaların texnoloji təlimat və reseptura olmadan hazırlanması, müxtəlif şərait təlkəb edən qidaların eyni sahədə hazırlanması, məhsulların tərkibində toksiki elementlərin müəyyən edilməməməsinin növbəti yoxlama zamanı təkrar aşkar olunması, uşaq qidasında mezofil aerob və fakultativ aneorob mikroorqanizmlərin ümumi miqdarının normativ texniki sənədlərdə qəbul olunmuş normadan artıq olması, məhsulların müvafiq qaydada müayinədən keçirilməməsi hallarının aşkar olunması və belə halların aradan qaldırılmasına baxmayaraq, həmin sahibkarlıq subyektləri üzrə qanunvericvilikdə nəzərdə tutulan tədbirlər görülməyib, o cümlədən inzibati cərimələr tətbiq edilməyib.
Həmçinin, Komitə tərəfindən satınalmalarla bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilmədiyi aşkarlanıb. Məlum olub ki, Komitə tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı cəmi vəsaitin 82,7%-i qanunvericilikdə nəzərdə tutulmuş satınalma metodları tətbiq edilməklə icra edilib. Həmin vəsaitin 42,1%-i kotirovka sorğusu, 56,7%-i açıq tender, 1,2%-i isə müvafiq mərkəzi icra hakimiyyəti orqanının razılığı alınmaqla birbaşa müqavilələr əsasında icra edilib.
Bundan əlavə Komitə tərəfindən vergi qanunvericiliyinin tələblərinin, nəqliyyat vasitələrinin saxlanılması və ezamiyyət xərcləri üzrə mövcud normativlərin pozulduğu aşkarlanıb.
Komitənin həmçinin məzuniyyət vaxtı orta əmək haqqının müəyyən edilməsi və kollektivin mükafatlandırılması zamanı bəzi nöqsanlara yol verdiyi, bununla da əmək haqqı hesablanan zaman artıq vəsaitin xərcləndiyi açıqlanıb.
Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə həyata keçirilən tədbirlərin nəticələri barədə Komitə tərəfindən təqdim edilmiş məlumata əsasən cəmi 24,2 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, əvəzçilik üzrə şöbə müdiri vəzifəsinə təyin edilmiş şəxslərə tam iş vaxtı üçün əmək haqqı 50% həcmində müəyyən edilib və 40,1 min manat dəyərində alınmış qeyri-maddi aktivlər uçota alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam