Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Dövlət Komitəsində “standartlara uyğun olmayan” xərcləmələr aşkarlandı

Dövlət Komitəsində “standartlara uyğun olmayan” xərcləmələr aşkarlandı

 

 

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə edilib.
Xeberinfo.com:  Palatanın rəsmi saytında yer alan məlumata istinadən xəbərə görə, audit nəticəsində Komitə və onun tabeliyində olan qurumlar tərəfindən büdcə təkliflərində zəruri amillərin nəzərə alınmadığı, bəzi xərclər üzrə real tələbat və keçən illərin icra faizi nəzərə alınmadan artıq vəsaitlərin nəzərdə tutulduğu aşkarlanıb.
Nəticədə auditlə əhatə olunan dövrdə ayrılan vəsaitin 7,7%-i istifadə olunmayaraq büdcəyə qaytarıldığı, əmək haqqı, mükafat və məzuniyyət haqqının ödənilməsi ilə bağlı bir sıra nöqsanlara yol verildiyi, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı təsdiq edilmiş normalardan artıq vəsait xərc edildiyi, bəzi hallarda vəsaitin iqtisadi təsnifat kodunun dəyişdirilməklə icra olunduğu, ezamiyyə və avtomobil vasitələrinin saxlanılması ilə bağlı normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hədlərə riayət edilmədiyi müəyyən olunub.
Eyni zamanda, Komitə tərəfindən xərclər smetasında vəsait nəzərdə tutulmayan bir neçə tədbir üzrə vəsait ödənildiyi, dövlət rüsumunun məbləğinin bir çox hallarda dövlət büdcəsinə vaxtında köçürülmədiyi, qeyri-maddi aktivlərin (proqram təminatları) uçota alınmadığı, tam başa çatdırılmadığı halda standartların hazırlanmasına görə vəsait ödənildiyi, mühasibat uçotunun təşkili və aparılmasının müvafiq qaydada təmin edilmədiyi diqqətə çatıdırılıb.
İclasda Komitə tərəfindən “Dövlət rüsumu haqqında” qanunun tələblərinə tam əməl edilməklə dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülməsi, toplanan rüsumların Komitə tərəfindən xərclənməsinə və büdcəyə köçürülməsində gecikdirilmə hallarına qəti yol verilməməsi, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsi istiqamətində qanunvericiliklə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə aparılan yoxlamaların müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, yoxlamaların vahid məlumat reyestrinin yaradılması, yoxlamaların aparılması üzrə qərar və sərəncamların qəbulu və rəsmiləşdirilməsi ilə bağlı fəaliyyətə nəzarətin gücləndirilməsi tövsiyə olunub.
İclasda nəzarət tədbirinin nəticələri ilə bağlı kollegiya qərarının layihəsi müzakirə edilərək qəbul olunub. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə kollegiya qərarının surəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilib, auditin nəticələri üzrə Milli Məclisə məlumat verilib.
Virtualaz.org

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam