Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir müavinindən şok etiraf: "Gücümüz çatmır"

 

“Turizmə hansısa maneçilik və süni əngəllər olmasın, heç bir köməklik lazım deyil. Əngəllər olmasa, turizm özü-özünü çox gözəl inkişaf etdirəcək. Çox təəssüflər olsun ki, bizdə hələ də bəzi maneçiliklər var. Bu süni əngəllərə bizim imkanımız və gücümüz çatmır, bizdən asılı deyil”.

 

Xeberinfo.com:  Modern.az-ın məlumatına görə bu sözləri Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov “Turizm haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

Nazir müavini üzünü deputatlara tutaraq bildirib ki, ictimai müzakirələrdə onların dövlət qulluqçusu kimi deyə bilmədikləri fikirləri qoy millət vəkilləri söyləsinlər:

“İctimai formatda turizm problemlərinin müzakirələrinə tərəfdaram. Aidiyyatı şəxsləri cəlb etməklə turizm problemləri üzrə ictimai platforma yaradılmasını təklif edirəm. Biz mütəmadi olaraq ildə 2-3 dəfə görüşək və dövlət qulluqçusu olaraq deyə bilmədiyimiz məsələləri bu formatda müzakirə edək”.

Nazim Səmədov Azərbaycanın turizm qanunvericiliyinin yenilənməsində 12 il gecikdiyini bildirib:

“Dünya təcrübəsindən görürük ki, turizm elə dəyişən və sürətli sahədir ki, turizm haqqında qanun 5-7 ildən artıq aktual qalmır. Nəzərə alsaq ki, bizim əvvəlki qanunun qəbulundan 17 il vaxt keçib və onun yenidən hazırlanmasına 2 il də əlavə lazım oldu, o zaman deyə bilərik ki, 12 il gecikmişik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam