Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir müavini:Hotellərin nikah kağızı tələb etməsi qanunsuzdur

Nazir müavini:

 

"Hotellərin nikah kağızı tələb etməsi faktları əvvəllər daha çox idi"

 

Yenixeber.org: Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.

Nazir müavini bildirib ki, media nümayəndələri bu məsələyə diqqət ayırandan sonra müzakirələr başlayıb: "Nazirlik tərəfindən dəfələrlə bəyanat verilib ki, hotellərin nikah kağızı tələb etməsi qanunsuz məsələdir, dünya praktikasında yoxdur, onu tələb etmək ən azı etik baxımdan doğru deyil. Düzdür, indi də bu faktlar var, amma deməliyəm ki, onların sayı get-gedə azalır. Əgər kimsə bu faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər".

N. Səmədov əlavə edib ki, hotelin nikah kağızı tələb etməsi hər hansı işçinin özbaşınalığı da ola bilər: "Nazirlik müdaxilə edir, sahibkarlarla ünsiyyətdə oluruq, onlara başa salınır ki, bu sahədə hotel sahibi özünü necə aparmalıdır. Bəzən hotellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır. Hətta bu, konkret işçinin özbaşınalığı da ola bilər". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam