Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Dərman mafiyası”nın Azərbaycanla bağlı şok planı

“Dərman mafiyası”nın Azərbaycanla bağlı şok planı


Yerli bazarda “ağalığı” ələ keçirmək istəyən qaçaqmalçılar fəallaşıblar

Xeberinfo.com:   Dünən Dövlət Sərhəd Xidməti Azərbaycana Gürcüstandan qaçaq yolla iri həcmdə dərman vasitələrinin keçirilməsinin qarşının alındığına dair məlumat yayıb. DSX-nin rəsmi saytı bildirir ki, srağagün gecə Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycana qaçaqmalın keçirilməsi barədə daxil olan məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilib.

Tədbirlər nəticəsində saat 03:00 radələrində dövlət sərhəd xəttinin yaxınlığında 35 BH 057 dövlət nömrə nişanlı "Kamaz" markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkar edilib.
Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olmasından istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar.
"Kamaz" markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb, avtomobili yüksək sürətlə hərbi qulluqçuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb və hadisə yerindən uzaqlaşmağa çalışıb.
Sərhədçilər tərəfindən məlumatlandırılan Dövlət Yol Polisi əməkdaşlarının saxlama tələbinə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçib, avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərib.
Həyata keçirilən tədbirlər nəticəsində "Kamaz" markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılıb. Avtomobilin sürücüsünün 1980-ci il təvəllüdlü, Qazax rayonu Daş Salahlı kənd sakini Süleymanov Samir Siyavuş oğlu olduğu müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağlamada 90 adda 44 374 ədəd müxtəlif dərman pereparatlarından ibarət qaçaqmal aşkar edilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu, son bir həftə ərzində Azərbaycana qonşu ölkələrdən iri həcmdə dərman pereparatlarının qaçaq yolla keçirilməsi istiqamətində qeydə alınan ikinci faktdır. Bundan əvvəl Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd gömrük məntəqəsində “Mercedes” markalı avtombilin yük yerində Azərbaycana qaçaq yolla dərman vasitələrini keçirməyə cəhd edən şəxsi saxlayıblar. Həmin şəxs Azərbaycan vətəndaşı olub və dərman vasitələrini kommersiya məqsədi ilə gətirirmiş. Onun gətirmək istədiyi dərmanlar arasında “Essensiale Forte”, “Espumizan” kimi pereparatlar olub.
Təkcə bu iki fakta əsasən belə qənaətə gəlmək mümkündür ki, dərman qaçaqmalıçıları Azərbaycanda dərmanların qiymətlərinin Tarif Şurası tərəfindən tənzimlənməsindən və manatın devalvasiyasından sonra yaranmış vəziyyətdən istifadə etmək istəyirlər. Belə ki, Tarif Şurasının müəyyən etdiyi qiymətləri sərfəli hesab etməyən firmalar bəzi dərman vasitələrinin idxalını dayandırıb. 
Yaxud bəzi hallarda həmin dərmanların qiyməti manatın devalvasiyasından sonra idxal üçün sərfəli olmayıb. Nəticədə apteklərdə bəzi dərmanların qıtlığı, yaxud ümumiyyətlə tapılmaması halları müşahidə edilməkdədir. Səhiyyə Nazirliyi isə dərman bazarında qıtlıq yarandığını təsdiq etmir.
Dərman qaçaqmalçılarının Azərbaycan bazarında üstünlüyü ələ keçirmək cəhdlərinin artdığını sübut edən yuxarıdakı iki fakt həm də əlaqədar qurumların sayıqlığı daha da artırmalı olduğundan xəbər verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam