Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məzahir Əliyev işçiləri şəxsi zavodunda çalışdırır -AAYDA-da biabırçılıq bitmir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin dövlətə məxsus işçi qüvvəsini və xidməti resursları şəxsi maraqları üçün səfərbər etdiyi iddia olunur.

Yenixeberorg.com-un məlumatına görə, Məzahir Əliyev AAYDA-nın ştatında olan bir qrup işçini özünə məxsus beton-asfalt zavodunda çalışdırır. Halbuki AAYDA-nın balansında belə bir zavod yoxdur. Bu isə dövlət qurumunun kadr və maliyyə resurslarının şəxsi biznes fəaliyyətinə yönəldilməsi ilə bağlı ciddi suallar yaradır.

İddialara əsasən, direktor öz vəzifə səlahiyyətlərindən və inzibati imkanlarından istifadə edərək ən azı 10 nəfər ştatlı işçini şəxsi zavodunda işləməyə cəlb edib. Həmin şəxslər faktiki olaraq Məzahir Əliyevə məxsus istehsal obyektində fəaliyyət göstərsələr də, onların əməkhaqqı dövlət büdcəsi hesabına ödənilir. Başqa sözlə, dövlətin maaş fondundan ayrılan vəsaitin şəxsi təsərrüfatın saxlanılmasına yönəldildiyi iddia edilir. 

Məsələ bununla da yekunlaşmır. 

Məlumata görə, 7 nömrəli Yol İstismar İdarəsinin əməkdaşları direktorun Qobustan rayonunda icarəyə götürdüyü “Qobuland” ailəvi istirahət mərkəzində də fəhlə kimi işlədilir. İddialar təsdiqini taparsa, bu hal dövlət qurumunun əmək resurslarının birbaşa şəkildə şəxsi kommersiya obyektinə daşınması və istismar olunması kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, 67 yaşlı Məzahir Əliyevin idarəyə məxsus xidməti avtomobildən də şəxsi məqsədlərlə istifadə etdiyi bildirilir. İddialara görə, dövlət balansında olan nəqliyyat vasitəsi ilə onun icarəsində olan istirahət mərkəzinə ərzaq və digər yüklər daşınır. Bu isə xidməti avtomobilin təyinatından kənar istifadəsi və dövlət əmlakının şəxsi ehtiyaclara yönəldilməsi anlamına gəlir.

Ortaya çıxan bu iddialar bir neçə ciddi məqamı gündəmə gətirir: dövlət işçilərinin şəxsi biznesdə çalışdırılması, büdcə vəsaitinin dolayı yolla mənimsənilməsi riski, xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadə və vəzifə səlahiyyətlərinin şəxsi maraqlara tabe etdirilməsi.

Əgər sadalananlar doğrudursa, bu, təkcə etik pozuntu deyil, həm də hüquqi qiymət tələb edən məsələdir. Çünki söhbət dövlət qurumunun resurslarının sistemli şəkildə şəxsi təsərrüfata yönəldilməsindən gedir.(Bizimesr.az)

Mövzu ilə bağlı AAYDA-nın və 7 nömrəli Yol İstismar İdarəsinin də mövqeyini öyrənməyə, qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam