Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xırdalanın mərkəzində açıq özbaşınalıq – 4 mərtəbəli bina necə 5-ə çevrilir?-FOTOLAR

 

Xırdalan şəhərində, Heydər Əliyev prospektində yeni tikilmiş 4 mərtəbəli binanın damında əlavə bir mərtəbənin qaldırılması ilə bağlı redaksiyamıza daxil olan məlumatlar və fotofaktlar ciddi suallar doğurur.Sual sadədir, əgər bu bina üçün əvvəlcədən 5 mərtəbəyə icazə var idisə, niyə tikinti başa çatdıqdan, pəncərələr quraşdırıldıqdan, fasad formalaşdıqdan sonra əlavə mərtəbə tikilməyə başlanılıb? Yox, əgər icazə 4 mərtəbəyə verilibsə, onda damın üzərində aparılan bu işlər açıq-aşkar qanun pozuntusudur.
Yenixeber.org: Son illər tikinti sektorunda təhlükəli bir tendensiya formalaşıb: Əvvəl fakt yaradılır, sonra sənədlər “uyğunlaşdırılır”. Bu isə şəhərsalma normalarının, təhlükəsizlik qaydalarının və vətəndaş hüquqlarının kobud şəkildə pozulması deməkdir. Binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi olması, yuxarı mərtəbələrin isə yaşayış üçün nəzərdə tutulması vəziyyəti daha da mürəkkəbləşdirir. Layihə dəyişiklikləri olan zaman, konstruktiv təhlükəsizliyə təsir edir,əlavə yük daşıyıcı sistemlər üçün hesablamalar aparılmalı,yanğın təhlükəsizliyi normaları yenidən qiymətləndirilməli,dövlət ekspertizasından keçməlidir.Heydər Əliyev prospektində aparılan bu tikintidə sadalanan normativ aktlara riayət olunubmu?

          İcra hakimiyyəti və nəzarət mexanizmləri haradadır?

Əgər bu tikinti icazəsizdirsə, bəs yerli icra hakimiyyəti niyə susur? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarət mexanizmləri işləmir? Müvafiq qurumların monitorinq aparmaq öhdəliyi yoxdurmu?
Əgər isə icazə sonradan dəyişdirilibsə, bu dəyişiklik hansı əsasla, hansı ekspert rəyi ilə və hansı ictimai maraq nəzərə alınaraq edilib?
Bu məsələ yalnız bir əlavə mərtəbə problemi deyil. Bu, şəhərsalma prinsiplərinə münasibətin göstəricisidir. Sabah eyni praktika ilə 4 mərtəbə 6-ya, 6 mərtəbə 8-ə çevrilərsə, şəhərin memarlıq siması və sakinlərin təhlükəsizliyi kimlərin məsuliyyətində olacaq? Şəhər mərkəzində, əsas prospektdə baş verən qanun pozuntusu (əgər belədirsə) göz önündədirsə, kənar ərazilərdə nələrin baş verdiyini təsəvvür etmək çətin deyil.
Aidiyyəti qurumların bu məsələyə rəsmi münasibət bildirməsi, tikintinin hüquqi əsaslarının açıqlanması və ictimaiyyətə şəffaf məlumat verilməsi zəruridir.
Əks halda, “icazəsiz tikinti” anlayışı kağız üzərində qalacaq, şəhər isə fakt qarşısında qoyulmağa davam edəcək.

 Qarşı tərəfin cavab haqqını tanıyırıq.(mediatv.az)

           

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam