Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Binəqədidə daha bir mənzil obyektə çevrildi - İcazəni Elxan Allahverdiyev verib- FOTOLAR


Mənzilin obyektə çevrilməsi icazəsini Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin verdiyi bildirilir

Yenixeber.org: Son illər paytaxt rayonlarında hündürmərtəbəli binaların birinci mərtəbəsinin obyektə çevrilməsi artıb. 

Qanunverciliyə görə mənzilin obyektə çevrilməsi üçün Dövlət Əmlak Xidmətinin, Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və digər aidiyyatı qurumların rəsmi icazəsi olmalıdır. Ancaq çox vaxt sahibkarlar yerli icra hakimiyyətləri ilə “anlaşaraq” heç bir rəsmi sənəd olmadan mənzili rahat şəkildə obyektə çevirirlər. 

Binəqədi rayon Biləcəri qəsəbəsi Rəşid ismaylov 8 ünvanında 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzil qanunsuz olaraq obyektə çevrilir.Məlumata görə mənzilin pəncərləri bağlanaraq, iki qapı açılıb və ərazidəki ağacların dibləri isə betonlanmaq üzrədi.

Mənzilin obyektə çevrilməsi icazəsini Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin verdiyi bildirilir. Belə ki, obyekt sahibi Elxan Allahverdiyevlə “anlaşdığını” və digər aidiyyatı qurumları Binəqədi icra hakimiyyətinin “həll edəcəyini” deyir. 

Qeyd edək ki, Binəqədi rayonunda tikintilərə icra başçısının birnci müavini Hacıbaba Babayev nəzarət edir. 

AzFakt.com 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam