Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir -YENİ DETALLAR (VİDEO)

Xəbər verdiyimiz kimi, bir müddət öncə İmişlinin Nurulu kəndində deputat Razi Nurullayevə məxsus olduğu iddia edilən mal bazarının tikintisi mətbuatın gündəminə gəldi və mövcud narazılıqlar nəzərə alınaraq tikinti dayandırıldı. Məsələ bundan ibarətdir ki, həmin mal bazarı kəndlilərin örüş-otlaq sahələri zəbt edilməklə aparılırdı. 

Yenixeber.org: Məlum olduğu kimi örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur. Ona görə ki, torpağın təyinatının dəyişdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin razılığı ilə Baş nazir tərəfindən verilən xüsusi sərəncam əsasında həyata keçirilə bilər.

Örüş sahələrinin zəbt edilmsi ilə bağlı redaksiyamıza müraciət edən şikayətçilər bildiriblər ki, iki gündür  mal bazarında tikinti işləri təkrar davam etdirilir. Yarımçıq qalan işlər tamamlanır. Bazarın tikintisinin davam etdirilməsinə kim və necə icazə verib, bu barədə nə mətbuatda, nə də İmişli Rayon İcra Hakimiyyətinin saytında bir açıqlama yoxdur. 

Videoreportajı izlə 

Şikayətçilərin sözlərinə görə, deputat Razi Nurullayevin yaxın adamı, seçki kampaniyasında fəal iştirak edən  Seymur Xudiyev son günlər Tiktok sosial şəbəkəsində canlı yayın açaraq, mal-bazarının tikintisinin başa çatmaq üzrə olduğunu elan edir. Həmin şəxsin mal bazarında, tikinti aparılan ərazidə çəkdiyi videoları eyni adlı səhifəsindən də izləmək mümkündür. S.Xudiyev videolarda  ərazidəki tikintilərin təyinatını izah edir, hansı işlərin aparıldığı barədə məlumatlar verir. Onun sözlərinə görə, mal bazarının ətrafında restoranlar, heyvanların saxlanılması üçün yer və sair mövcuddur. 

Qeyd edək ki, Seymur Xudiyev Xələfli kənd bələdiyyəsinin sabiq sədridir. Seçki dövründə də Razi Nurullayevin təbliğat kampaniyasında fəal iştirakına dair kifayət qədər fotolar var. Seymur Xudiyevin profilində millət vəkili Razi Nurullayev və deputatın köməkçiləri ilə fotoları var.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün deputat Razi Nurullayevin sədri olduğu Azərbaycan Milli Cəbhə Partiyasına müraciət etdik. Partiyadan bu mövzuda hər hansı açıqlama verilməyəcəyi bildirildi. (sitat.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam